Dollar 1.70 manata düşdü - Yenilənib
13:00
Banklarda Dolların alış və satış qiymətləri aşağı düşməkdə davam edir. Səhər saatlarında Dolların alış qiymətini 1.79 manata salan banklar artıq ABŞ valyutasını 1.70 manatdan almağa başlayıblar.
“Marja” xəbər verir ki, artıq Nikoyl Bank 1 Dolları 1.70 manatdan alır.
Xəbər verdiyimiz kimi, 7 fevral 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən hərracın və həmin vaxtadək banklararası bazarda aparılan əməliyyatların nəticəsində manatın orta çəkili məzənnəsi 1,8251 səviyyəsində formalaşmışdır.
12:20
Günorta saatlarında Dolların alış qiyməti daha da düşüb. "Marja" xəbər verir ki, artıq Nikoyl Bank Dolları 1.77 manatdan alır.
XXX
10:18
Bank of Baku Dolların alış qiymətini daha çox aşağı salıb. Bank bu gün səhər saatlarında 1 dolları 1.79 manata almağa, 1.88 manatdan satmağa başlayıb. Dünən Bank of Baku Dolları 1.8450 manatdan alırdı.
09:30
Bu gün də banklarda Dolların alış və satış qiymətləri aşağı düşməkdə davam edir
“Marja” xəbər verir ki, səhər saatlarında Turanbank 1 Dollara 1.80 manat alış, 1.88 manat satış qiyməti təyin edib. Dünən bu bank 1 dolları 1.8650 manatdan alıb, 1.9150 manata satırdı.
Nikoyl Bank və Azərtürkbank da Dolların alış qiymətini müvafiq olaraq 1.85 və 1.87 manatdan 1.80 manata salıblar.
Artıq Unibank da Dolları 1.79 manata alır.
Banklarda Dolların satış qiyməti də aşağı düşüb. Bu gün bir sıra banklardan 1.88 manatdan Dollar almaq mümkündür.
Digər banklarda da alış və satış qiymətlərinin aşağı düşəcəyi gözlənilir. Banklar bir-bir məzənnələri təyin edirlər.
ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
6 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 7 saat əvvəl
-
8 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
8 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti


























.jpg)
