Azərbaycanda Instagram Facebook-u keçdi
Azərbaycanda ən böyük auditoriyası olan sosial şəbəkə adı illərdir ki, Facebook’dadır. Ölkədə biznes sahiblərinin də ən çox istifadə etdiyi, reklam büdcəsini daha çox xərclədiyi sosial şəbəkə Facebookdur.
Lakin ötən ay Orkhanrza.com-da açıqlanan statistikadan da görünürdü ki, Instagram son aylarda ölkədə sürətlə auditoriyasını genişləndirir. Belə ki, son 6 ayda aktiv istifadəçi sayı 2 dəfədən çox artmışdı.
Facebook Reklam Panelində statistikanın bugünkü yenilənməsindən sonra gözlənən baş verdi – Azərbaycanda ən böyük sosial şəbəkə adı Facebook’dan Instagram’a keçdi. Belə ki, hazırda Reklam Panelinin statistikasına görə Azərbaycanda reklam göstərilə bilən aktiv istifadəçi sayı (potential reach) Facebook-da 1,72 milyon, Instagram-da isə 1,76 milyon nəfərdir.
Instagram statistikası (Fevral, 2017)
-Azərbaycanda istifadəçi sayı – 1,76 milyon
-Kişi istifadəçi sayı – 1,2 milyon
-Qadın istifadəçi sayı – 0,56 milyon
-Kişi istifadəçilərin ümumi saya nisbəti – 68%
-Qadın istifadəçilərin ümumi saya nisbəti – 32%
-13-25 yaşda olan istifadəçilər – 41%
-26-45 yaşda olan istifadəçilər – 54%
-46 və daha çox yaşda olan istifadəçilər – 5%
© http://orkhanrza.com
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 3 d. əvvəl
-
- 24 d. əvvəl
-
51 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 53 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Tramp: FED-in faiz artırması yanlış olar
Qızıl daha da ucuzlaşıb
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
























