ABŞ-Çin ticarət müharibəsinin böyüməsinə səbəb olacaq daha bir addım
ABŞ Prezidenti Donald Trampın tapşırığı ilə Çinin daha əvvəlki ABŞ tariflərinə cavab verdiyi üçün 10 faiz gömrük vergisi tətbiq ediləcək 200 milyard dollarlıq Çin məhsullarının siyahısı dərc olunub. ABŞ 34 milyard dollarlıq Çin məhsuluna 25 faiz tarif tətbiq etməyə başlayıb.
"Marja" xəbər verir ki, Vaşinqton rəhbərliyi, ABŞ-Çin ticarət müharibəsinin böyüməsinə səbəb olacaq daha bir addım atır.
ABŞ Ticarət Nümayəndəliyi (USTR), Prezident Trampın İyunun 18-də verdiyi sərəncam əsasında hazırladığı 10 faiz əlavə gömrük vergisi tətbiq ediləcək Çin məhsullarının siyahısını açıqlayıb.
Təxminən 200 milyard dollar dəyərində 5 min məhsulun olduğu siyahıda dəniz məhsullarından idman əlcəyinə, təbii və kimyəvi minerallardan meyvə-tərəvəzə, tütün məmulatlarından avtomobil təkərinə qədər bir çox çeşiddə məhsul yer alır.
TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA
Bununla yanaşı, siyahının mühüm bir hissəsini "Made in China 2025" təşəbbüsünü zədələyəcək texnologiya məhsullarının təşkil etməsi diqqəti çəkir.
Amerikan iş dünyası və ictimaiyyətinin müzakirəsinə verilən siyahının 60 gün ərzində son şəklini alacağı bildirilib.
ABŞ ilə Çin arasında ticarət müharibəsinin başlanğıcı olaraq görülən proseslər, Tramp rəhbərliyinin 23 Martda idxal polad və alüminiuma müvafiq olaraq 25 faiz və 10 faiz əlavə gömrük vergisi tətbiq etməsilə başladı.
Çin, Vaşinqtonun polad və alüminium məhsullarına qarşı əlavə gömrük vergilərinə cavab olaraq aprelin əvvəlində ABŞ qeydiyyatlı 128 məhsula 15 faiz ilə 25 faiz tarif tətbiq etdi.
22 Mart tarixində ABŞ rəhbərliyi, Çinin, Amerikalı şirkətlərinin texnologiyalarını və əqli mülkiyyətlərini ələ keçirməyə yönəlmiş qanunsuz fəaliyyətləri səbəbilə 50 milyard dəyərindəki mindən artıq Çin qeydiyyatlı məhsula iki mərhələli olaraq 25 faiz əlavə gömrük vergisi ediləcəyini açıqladı.
Pekin rəhbərliyinin, ABŞ-ın yalnız Çini hədəf alan bu həmləsinə reaksiyası gecikmədi. Çin Ticarət Nazirliyi, bu qərara cavab olaraq ABŞ-dan idxal edilən 50 milyard dollar məbləğindəki 659 məhsula 25 faiz gömrük vergisi tətbiq ediləcəyini bildirdi.
ABŞ Prezidenti Donald Tramp, 18 İyunda Çinin daha əvvəl açıqladığı tariflərə cavab tədbirlərilə qarşılıq verməsi halında daha 200 milyard dollarlıq gömrük vergisi tətbiq edilməsi tapşırığını verdi.
Təqvim 6 İyulu göstərdikdə, ABŞ rəhbərliyi, Çindən idxal edilən 34 milyard dollar dəyərindəki 800-dən çox məhsula 25 faiz əlavə gömrük vergisi tətbiq etməyə rəsmən başladı.16 milyard dollarlıq məhsula da tezliklə tətbiq edilməyə başlanacaq.
Çin rəhbərliyi, Trampın bütün təhdidlərinə baxmayaraq ABŞ-ın idxal məhsullara qarşı cavab tarif artımlarının "anında qüvvəyə mindiyini" bildirib.
USTR-in Çinə cavab olaraq hazırladığı 200 milyard dollarlıq Çin qeydiyyatlı məhsulun siyahısını dərc etməsi, qartopu kimi böyüyən ABŞ-Çin ticarət müharibəsində hələlik son hücumdur. Pekinin bu həmləyə necə cavab verəcəyi isə maraqla gözlənir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
17 d. əvvəl
Expressbankın xalis mənfəəti ilin ilk rübündə 35%-dən çox artıb
-
-
22 d. əvvəl
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
-
25 d. əvvəl
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
-
33 d. əvvəl
"Yapı Kredi Bank Azərbaycan" son maliyyə vəziyyətini açıqladı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 16 faiz artıb, 85 milyard dolları keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
2 saat əvvəl
Kart ödənişləri üzrə komissiyalara yuxarı hədd müəyyən edilib
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Expressbankın xalis mənfəəti ilin ilk rübündə 35%-dən çox artıb
"Yapı Kredi Bank Azərbaycan" son maliyyə vəziyyətini açıqladı
"İPO-da əsas anderrayter kimi iştirak etmək bizim üçün həm məsuliyyət, həm də yüksək etimadın ifadəsidir"
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Ən çox oxunanlar
Kart ödənişləri üzrə komissiyalara yuxarı hədd müəyyən edilib
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
"Ötən il satınalmaların yarıdan çoxu rəqabətsiz keçirilib"
Azərbaycan iqtisadiyyatı cüzi kiçilib
Azərbaycanda şirkətlərin sayı 6 faizdən çox artıb
Enerji Məsələlərini Tənzimləmə Agentliyi və TuranBank arasında əməkdaşlıq müqaviləsi imzalanıb






.jpg)
.jpg)




.jpg)





