“Moody's"in obyektivliyi şübhə doğurur
Bir neçə gün öncə Azərbaycan banklarının reytinqini aşağı “Moody's" beynəlxalq reytinq agentliyinin səhmdarlarını araşdırılıb.
Məlum olub ki, əslində, "Moody's" müstəqil təşkilat deyil. Araşdırma nəticəsində Agentliyin ən böyük səhmdarının dünyanın ən varlı insanlarından biri olan Uorren Baffetin "Berkshire Hathaway" fondu olduğu müəyyənləşib. Fondun Agentliyin səhmdar kapitalında payı 12,7%-dir.
"Moody's"in ikinci əsas ortağı isə 3,6 trln. dollar vəsaiti idarə edən, mərkəzi ABŞ-ın Pensilvaniya ştatında yerləşən "Vanguard Group" investisiya şirkətidir. "Bank of America"nın investisiya şirkəti olan "Merril Lynch"in törəmə şirkəti olan və 5 trln. dollar vəsaiti idarə edən "Black Rock"un agentlikdə payı isə 2,43%-dir. ABŞ-ın "Principal Financial Group" investisiya şirkətinin də Agentlikdə payı 2,43% təşkil edir. Bununla yanaşı, "Massachusets Financial Services"in payı 2,37%, "Fiera Kapital"ın (Kanada) payı 2,1%, "Akre Capital Management"in (ABŞ) payı 2,08%, "Capital İnternational İnvestors"un (ABŞ) payı isə 1,66% təşkil edir.
"Moody's" beynəlxalq reytinq agentliyinin mövcud investisiya şirkətləri üstünlük təşkil edən səhmdarları diqqətə alınaraq obyektiv qərar verməsi şübhə doğurur. Çünki, bu investisiya şirkətlərinin reytinq qiymətləndirilməsi aparılan ölkələrdə portfel investisiyalarının olması ehtimalı çox yüksəkdir. Bu da qiymətləndirmənin obyektivliyinə şübhə yaradır.
© Report
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
7 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 7 saat əvvəl
-
-
7 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
8 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
12 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb


























