“Exchange”lər yenidən bərpa olunacaq"
2015-ci ildə baş verən devalvasiyadan dərhal sonra ləğv olunan “Exchange”lər yenidən bərpa olunacaq. Bank sektorundan əldə edilənməlumata görə, bununla bağlı Mərkəzi Bank və hökumət təkliflər üzərində işləyir. Tezliklə Azərbaycanda Türkiyə “döviz bürosu təcrübəsi”nin tətbiq edilməsi gözlənilir.
Məsələ ilə bağlı Azərbaycanda Risk Peşəkarları Assosasiyasının risk peşəkarları qrupunun rəhbəri Elman Sadiqov münasibət bildirib. Onun sözlərinə görə, “exchange”lərin ləğvi devalvasiyadan sonra Azərbyacandan külli miqdarda valyuta axınının baş verməsi ilə bağlı idi.
Hökumət valyuta axınını saxlamaq üçün əvvəlcə dollar satışında önə keçən “exchange”ləri bağlamaq məcburiyyətində qaldı. Hazırda ölkədə bank şöbələrinə “exchange” fəaliyyəti göstərmək hüququ verilib. Lakin bu şöbələrin hamısı həftənin 7 günü 24 saat ərzində işləmədiyindən mübadilə əməliyyatları ilə bağlı problemlər yaranır. Xüsusilə də bundan Azərbaycana gələn turistlər əziyyət çəkir.
Ekspert əlavə edib ki, digər tərəfdən “exchange”lərin ləğv edilməsi qeyri-leqal “qara bazarı” formalaşdırdı və müəyyən dövrlərdə bu bazar monetar siyasətin formalaşmasına, həyata keçirilməsinə böyük maneələr törətdi.
“Exchange” nə zaman fəaliyyətinə başlamasına gəlincə, E.Sadiqov bunun mövcud vəziyyətə bağlı olduğunu deyib: “Dünyanın hər yerində “Exchange”lər fəaliyyət göstərir. Azərbaycanda da mütləq olacaqdır. Yeganə amil vaxt məsələsidir. “Exchange”lərin fəaliyyətlərinin bərpa edilməsi valyuta bazarında stabilliyin yaranması və manatın dollar qarşısında öz real dəyərini tapmasından asılıdır”.
© Fins.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
12 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)



.jpg)







