İlham Əliyev: TANAP vaxtında tamamlanacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Mülleri qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın yaxşı tarixi olduğunu məmnunluqla qeyd edərək, ölkəmizdə Dünya Bankının dəstəyi ilə çoxsaylı əhəmiyyətli layihələrin həyata keçirildiyini dedi və bu layihələrin infrastrukturun müasirləşdirilməsi baxımından önəmini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanda infrastrukturun inkişaf etdirilməsinin dövlət siyasətimizin mühüm hissəsi olduğunu bildirdi. Dövlətimizin başçısı, eyni zamanda, Dünya Bankının uğurla icra olunan qlobal əhəmiyyətli “Cənub Qaz Dəhlizi” layihəsinə verdiyi maliyyə dəstəyini yüksək qiymətləndirdi. Prezident İlham Əliyev TANAP layihəsi ilə bağlı işlərin də qrafikə uyğun həyata keçirildiyini və vaxtında tamamlanacağını qeyd edib.
Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müller Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan iqtisadi islahatları yüksək qiymətləndirib.
Söhbət zamanı iqtisadiyyatın şaxələndirilməsi, aqrar sektorda ixrac potensialının artırılması, təhsil sistemində islahatlar və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 1 d. əvvəl
- 20 d. əvvəl
-
25 d. əvvəl
"Bank Respublika"nın nizamnamə kapitalının artırılması müzakirə ediləcək
- 47 d. əvvəl
-
57 d. əvvəl
Putin və Tramp 1,5 saatdan çox telefon danışığı aparıb - ƏSAS MƏQAMLAR
- 1 saat əvvəl
-
12 saat əvvəl
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
-
15 saat əvvəl
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Ən çox oxunanlar
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
Rusiya OPEC+da qalmağa davam edəcəyini açıqlayıb
İranın pul vahidi dollar qarşısında tarixi minimumda






.jpg)
.jpg)








.jpg)












