Klinikalar və xəstəxanalar bu yollarla "pul siliblər" - NÖQSANLAR
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2018-ci ilin birinci yarısında aparılan nəzarəti tədbirlərinin nəticələri haqqında məlumat yayılıb.
Maliyyə Nazirliyindən “Marja”ya daxil olmuş məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşdirilən klinik xəstəxanalarında aparılan nəzarət tədbirləri ilə mütəmadi olaraq mövcud olan vakant ştat vahidlərinə görə yaranmış vəsait hesabına mühasibatlıq tərəfindən faktiki olaraq işçilərin iş günlərinin artıq göstərilməsi və əməkhaqlarının əsassız olaraq artırılması nəticəsində artıq hesablanmış vəsaitin nəzarət obyektində əvvəllər işləmiş və sonradan tutduqları vəzifələrindən azad edilmiş, həmçinin hazırda işləyən işçilərin plastik kartlarına köçürülərək israf edildiyi, avtomobillərə aylıq yürüş həddidən artıq qət edilmiş məsafəyə görə yanacaq silindiyi, maddi-məsul şəxslərin öhdələrində dərman preparatları, reaktivlər və ərzaq məhsulları üzrə çatışmazlığa yol verildiyi, malların (iş və xidmətlərin) satınalma müsabiqələri keçirilmədən satın alındığı, bəzi hallarda özəl tibb müəssislərinə verilən eritrasit kütlənin, təzə dondurulmuş plazmanın, trambosit kütlənin və yuyulmuş eritrosit kütlənin qablaşdırılması üçün istifadə edilən torbanın dəyərinin həmin müəssisələrdən alınmadığı, müalicə olunan xəstələrin “xəstəlik tarixçələri”ndə həkimlərin müvafiq qeydləri olmadığı halda dərman preparatlarının uçotdan silindiyi, klinikaların müvafiq kabinet və şöbələri təmir işləri ilə əlaqədar fəaliyyət göstərmədikləri halda həmin kabinet və şöbələrin işçilərinə zərərli iş şəraitinə görə vəzifə maaşının üçdə iki hissəsi qədər əlavə haqqın ödənildiyi müəyyən olunub.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
Kliniki xəstəxanaların çoxunda müvafiq dövr üçün ştat cədvəlləri tərtib edilərkən əvvəlki dövrlərdə mövcud olan vakant ştat vahidlərinin sayı nəzərə alınmayıb və nəticədə bütün illərdə proqnozlaşdırılmış ştat vahidlərinin xeyli hissəsi vakant qalmış və bu hesaba əməkhaqqı fondunda istifadə edilmədən qalmış büdcə vəsaiti işçilərə əlavə haqq kimi bəzi hallarda əsaslı, bəzi hallarda isə əsassız olaraq ödənilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi rayon (şəhər) xəstəxanalarında aparılan nəzarət tədbirləri ilə malsatan təşkilatlara köçürülmüş xeyli məbləğdə vəsaitlərin müqabilində malların alınmasının rəsmiləşdirildiyi, lakin araşdırma zamanı həmin malların faktiki olaraq alınmadığı və alınmış kimi göstərilən malların saxta sənədlər tərtib etməklə uçotdan silindiyi, bayram günləri münasibəti ilə tədbirlərin keçirilməsi adı ilə fiziki şəxslərin hesablarına əsassız olaraq vəsait köçürüldüyü, müalicə edilən xəstələrə mövcüd normalardan artıq, habelə stasionar şöbələrdə müalicə olunan xəstələrin sayının şişirdilməsi hesabına əsassız olaraq ərzaq məhsullarının silindiyi, xəstəxanaların binaları təbii qazla isidildiyi halda əsassız olaraq həmin dövrdə isidilmə üçün xeyli məbləğdə dizel yanacağının da istifadə edilməsinin rəsmiləşdirildiyi, qüvvədə olan normalarda nəzərdə tutulduğundan artıq ştat vahidlərinin saxlanıldığı, təcili tibbi yardım maşınlarının yol vərəqələrində müxtəlif yaşayış məntəqələri arasında olan məsafələrin faktiki məsafədən çox göstərilməsi hesabına artıq yanacaq silindiyi, əməkhaqqının hesablanmasını tənzimləyən qaydaların tələblərinin pozulması hesabına xeyli məbləğdə əməkhaqqının artıq ödənildiyi, malların (iş və xidmətlərin) satın alınması zamanı müvafiq satınalma metodlarından istifadə edilmədiyi, bəzi hallarda isə fəaliyyətlərini rəsmi olaraq dayandırmış təşkilatların tenderlərdə iştiraklarının rəsmiləşdirildiyi, müvafiq ixtisas təhsili olmayan şəxslərin işə qəbul edildiyi və digər bu kimi nöqsanlara yol verildiyi aşkar edilmişdir.
Daha ətraflı: Maliyyə Nazirliyi yeyintiləri açıqladı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 1 gün sonra
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
“Kristal” şirkəti İtaliyanın qabaqcıl istehsalçısı ilə memorandum imzaladı
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İllik 15%-lik yüksək gəlir əldə etmək imkanı ®
SOCAR və “Uzbekneftegaz”ın birgə layihəyə başladı - Daşkənddə mərasim keçirilib, Mirziyoyev də iştirak edib
12, 36 və 146 nömrəli marşrutlarda avtobuslar yenilənir
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
9-cu “Zeekr 001” avtomobilinin sahibi Leyla Fətəliyeva oldu
Ən çox oxunanlar
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
Bank İmişlidə filial açdı
InvestAZ və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib
Lombard şirkətinə 1,3 milyon manat pul lazımdır
Özbəkistan Prezidenti Azərbaycanın nazirini qəbul edib, birgə layihələri müzakirə edib
Azad olunmuş ərazilər üzrə torpaqların icarə müqavilələrinin imzalanmasına başlanıb
"Sizin Lombard"ın 15% gəlirliliyi olan 2 milyon manatlıq istiqrazları tam yerləşdirildi
Öz ərizəsi ilə işdən azad olundu
















.jpg)
.jpg)




