"Moody's" və "Standard & Poors" Türkiyənin reytinqini aşağı saldılar
"Moody's" beynəlxalq kredit agentliyi Türkiyənin kredit reytinqini "Ba2"dən "Ba3"ə endirib, reytinqin proqnozunu isə "sabit"dən "mənfi"yə dəyişib.
"Marja" xəbər verir ki, Agentlik Türk Lirəsinin zəifləməsinə, Mərkəzi Bankın müstəqilliyinə dair narahatlğın artmasına və hazırdakı maliyyə pisləşməsinin səbəblərini dəqiq və etibarlı bir şəkildə ortaya qoyan plan çatışmazlığına diqqət çəkilib.
Yüksələn xarici maliyyələşmə riski ilə bərabər maliyyə şərtlərinin sərtləşməsinin (faizlərin yüksəlməsinin və s.) və valyutanın zəifləməsinin inflyasiyanın yüksəlməsinə və iqtisadi inkişafın zəifləməsinə səbəb ola biləcəyi qeyd edilib.
"Moody's" Mart ayında da Türkiyənin kredit reytinqini "Ba1"dən "Ba2"yə salmış və proqnozunu "mənfi"dən "sabit"ə dəyişmişdi.
"Standard & Poors" da Türkiyənin kredit reytinqini aşağı saldı
"Standard & Poors" (S&P) beynəlxalq kredit reytinqi agentliyi də Türkiyənin xarici valyutada kredit reytinqini "BB-"dən "B+"a endirib. Reytinqin proqnozu "sabit" olaraq təsdiq edilib.
S&P-dən verilən açıqlamada, proqnozun "sabit" olaraq təsdiq edilməsinin Türkiyənin gələcək 12 aydakı risk balansını əks etdirdiyi qeyd olunub. Həmçinin S&P, Lirənin volatilliyinin yüksək olmasının və tədiyyə balansının Türkiyə iqtisadiyyatına mənfi təsir göstərdiyini edib. Agentlik, Lirənin zəif qalmasının, yüksək inflyasiyanın və yüksək cari kəsirin Türkiyənin kövrək olmasında əsas faktorlar olduğuna diqqət çəkib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Bundan əvvəl S&P May ayında Türkiyənin xarici valyutada kredit reytinqini "BB"dən "BB-"yə, milli valyutada reytinqini isə "BB+"dan "BB"yə endirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)









