Azərbaycanın qazma şirkəti Banqladeşdə fəaliyyətini genişləndirmək istəyir
Azərbaycanın SOCAR-AQS qazma şirkəti Banqladeşdə fəaliyyətini genişləndirmək niyyətindədir. Bu barədə SOCAR-AQS şirkətinin baş direktoru Ramin İsayev bildirib.
R.İsayev bildirib ki, quyuların hər biri üzrə işlərin onların dərinliyindən asılı olaraq təxminən 50-60 gün ərzində həyata keçiriləcəyi gözlənilir:
"Quyular bir-birindən 60-100 kilometr məsafədə yerləşir. Bir quyu üzrə işlər başa çatdıqdan sonra qurğu sökülür və yeni quyuda qazma yerində yenidən quraşdırılır. Ümumilikdə, Banqladeş hökumətinin 108 kəşfiyyat quyusu qazmaq planları var. Biz bu işlərdə iştirak etmək istərdik, üstəlik, şirkətimizin Banqladeşdə qurğusu və əməkdaşları var".
Onun sözlərinə görə, şirkət tədricən yeni xarici bazarları öyrənmək niyyətindədir: "Bunun üçün yeni insan resursları lazımdır. Biz istənilən avadanlığı ala bilərik, bununla belə, bu avadanlıqları idarə edə bilən təcrübəli kadrlar lazımdır".
Qeyd edək ki, daha əvvəl SOCAR-AQS Banqladeşdə qazma işlərinin aparılması üzrə tenderi qazanıb. "3+1" formatında bağlanmış müqavilə 4 quyunun qazılmasını nəzərdə tutur. Aparılacaq işlərin dəyəri 35 milyon dollar təşkil edir. İlk quyu üzrə işləri bu ilin sentyabrında bitirmək planlaşdırılır.
Xatırladaq ki, SOCAR-AQS MMC 2007-ci ildə SOCAR və "Absheron Drilling" arasında birgə müəssisə kimi yaradılıb. Hazırda müəssisə "Günəşli", "Qərbi Abşeron", "Ümid" və "Bulla Dəniz" yataqlarında qazma işləri aparır.
SOCAR-AQS-in səhmdarları SOCAR və "Nobel Oil Services" şirkətləridir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)







