Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Moskva və Bakı yeni ticari-iqtisadi sazişlər imzalamağa hazırlaşırlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Moskva və Bakı yeni ticari-iqtisadi sazişlər imzalamağa hazırlaşırlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Moskva və Bakı iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün sənədlər paketi hazırlayır, bu barədə ötən həftə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib. Onun sözlərinə görə, Moskva həmçinin Rusiyanın iştirakı ilə birgə müəssisələr yaradılmasına ümid edir.

 

Reklam_3_11

Xəbəri RİA agentliyi yayıb.

 

Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2018-ci ilin yanvarından iyununa qədər respublikadan Rusiyaya 349,23 milyon dollarlıq məhsul ixrac olunub, bu, 2017-ci ilin birinci yarısının analoji göstəricilərindən 5,76% çoxdur. Öz növbəsində, Rusiyadan Azərbaycana məhsul ixracının həcmi 788,21 milyon dollar təşkil edib ki, bu da 2017-ci ilin ilk altı ayının analoji göstəricisindən 0,29% çoxdur.

 

Bir müddət əvvəl Moskvadakı və Bakıdakı mənbələr bildiriblər ki, avqustun 31-nə İlham Əliyevin Moskvaya rəsmi səfəri nəzərdə tutulub. Göründüyü qədər, səfər çərçivəsində iqtisadi və ticari sahədə əməkdaşlıq haqqında bir sıra ikitərəfli sənədlər imzalanacaq. 

27.08.2018 20:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ