"Büdcə təşkilatlarında mühasibat uçotunun praktik təşkili" təlimi
Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi maliyyə və mühasibat sahəsində karyeralarını qurmaq istəyən şəxsləri “BÜDCƏ TƏŞKILATLARINDA MÜHASİBAT UÇOTUNUN PRAKTIK TƏŞKİLİ” üzrə təlimlərə dəvət edir.
Təlim keçiriləcək yer: Heydər Əliyev prospekti 10 (köhnə 50), Bakı, Azərbaycan
Əlaqə telefonu: (012) 404 81 59; (012) 404 81 50
Tədris dili: Azərbaycan
1. Təlimin məzmunu haqqında ümumi məlumat:
Bu proqram büdcə təşkilatlarında mühasibat uçotunun təşkilinı, apaılmasını və maliyyə hesabatlarının hazırlanmasını bu sahəni tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğun şəklində tədrisinı özündə əks etdirir. Təlim nəzəri biliklər mənimsədilməklə praktiki nümunələr üzərində qurulub. Təlim müddətinndə büdcə təşkilatında baş vermiş təsərrüfat əməliyyatlarının təsnifləşdirilərək ilkin uçotundan( müxabirləşmələrin yazılmaı, memorial orderlərdə əks etdirilməsi, baş kitabın, dövriyyə cədvəllərinin aparılması) maliyyə hesabatlarının təqdimatına qədər olan bütün mərhələlər dinləyicilərə mənimsədiləcəkdir. Siz, büdcə təşkilatlarında mühasibat uçotunun əsas səbəb və məqsədlərini mənimsəyərək, iş fəaliyyətinizdə bu hesabatları tərtib və təhlil edə biləcəksiniz.
Təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslər büdcə təşkilatlarında mühasibat uçotunun təşkili, apaılması və maliyyə hesabatlarının hazırlanması üçün qoyulan tələblərə hazır olacaqdır.
2. Təlim kimlər üçün nəzərdə tutulub
Təlim proqramı karyerasını büdcə təşkilatlarında maliyyə və mühasibatlıq sahəsində qurmaq istəyən, bu sahələr üzrə mühasib, baş mühasib kimi çalışmaq istəyən ali məktəblərin tələbə və məzunları, iş fəaliyyətinə yeni başlamış və yaxud bu sahədə təcrübəsi kifayət qədər olmayan, ixtisasını təkmilləşdirmək arzusunda olan dinləyicilər üçün nəzərdə tutulub.
3. Tələb olunan ilkin biliklər:
Təhsillə bağlı heç bir tələb yoxdur. İkin iqtisadi biliyin olması tövsiyə edilir.
4. Təlimin davametmə müddəti və təşkili:
Təlim müddəti 12 həftə, ümumi tədris yükü 50 saatdır. Təlim iştirakçıları tədris materialları ilə Mərkəz tərəfindən təmin olunacaqdır.
5. Təlimin hədəfi:
- büdcə təşkilatlarında mühasibat uçotunun əsasları ilə tanış olmaq
- gündəlik iqtisadi əməliyyatların mühasibat uçotu sistemində əks etdirilməsi
- büdcə təşkilatları üçün maliyyə hesabatlarının tərtib edilməsi.
6. Təlim iştirakçılarının sayı:
10 nəfərədək
E-poçt ünvanı: [email protected]; [email protected]
7. Təhsil siyasətimiz:
Təlimləri müvəffəqiyyətlə bitirmiş hər bir dinləyicinin bizi təmsil edəcəyini və bizim simamız olacağını düşünərək məsuliyyətimizi dərk edirik.
Bu səbəbdən yüksək səviyyəlli xidmət və peşəkar tədrisin köməyi ilə müştərimizə məqsədlərinə çatmaqda birbaşa kömək olmaq əsas məqsədimizdir.
Təlimdən sonra şərhinizi "Müştəri məmnuniyyət forması"-nı doldurmaqla bizə anonim şəkildə ünvanlaya bilərsiniz.
8. Bizi fərqləndirən əsas cəhətləri
- Peşəkar idarəçilik və təlimçilər komandası
- Müasir bilik standartlarının tətbiqi
-Hər bir dinləyiciyə fərdi yanaşma metodikası
- Sizi ilk növbədə sertifikatla deyil, bilik və bacarıqla təmin etmək
-Təlimlərdən sonra da hər zaman dəstək olmaq
Təlimin başlama tarixi: 18 fevral 2017-ci il Dərs günləri: Şənbə və ya həftə içi Vaxt: Şənbə günləri: 10:00 – 13.30 və ya 14.00-17.30 Həftə içi: 19.00 - 21.00.
Təlimin vaxtı dinləyicilərin ümumi razılığı ilə dəyişdirilə bilər.
Tədris dili: Azərbaycan dili Təlimin müddəti(saat): 50 saat Təlimin ümumi qiyməti – 400 AZN
* Sayı birdən çox korporativ müştərilər və tələbələr üçün xüsusi endirimlər mövcuddur.
Təlim haqqında daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın: (012) 404 81 59; (012) 404 81 50
Qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə bilərsiniz: http://tedris-maliyye.gov.az/ https://www.facebook.com/groups/maliyye.elm.tedris.merkezi/
Yekunda dinləyicinin nəticələrindən asılı olaraq müvəffəqiyyət və ya dinləyici serrtifikatı təqdim ediləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 1 gün sonra
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
“Kristal” şirkəti İtaliyanın qabaqcıl istehsalçısı ilə memorandum imzaladı
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İllik 15%-lik yüksək gəlir əldə etmək imkanı ®
SOCAR və “Uzbekneftegaz”ın birgə layihəyə başladı - Daşkənddə mərasim keçirilib, Mirziyoyev də iştirak edib
12, 36 və 146 nömrəli marşrutlarda avtobuslar yenilənir
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
9-cu “Zeekr 001” avtomobilinin sahibi Leyla Fətəliyeva oldu
Ən çox oxunanlar
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
Bank İmişlidə filial açdı
InvestAZ və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib
Lombard şirkətinə 1,3 milyon manat pul lazımdır
Özbəkistan Prezidenti Azərbaycanın nazirini qəbul edib, birgə layihələri müzakirə edib
Azad olunmuş ərazilər üzrə torpaqların icarə müqavilələrinin imzalanmasına başlanıb
"Sizin Lombard"ın 15% gəlirliliyi olan 2 milyon manatlıq istiqrazları tam yerləşdirildi
Öz ərizəsi ilə işdən azad olundu




















.jpg)
