Adambaşına xarici dövlət borcu 8 dollar artıb - 538 MİLYON FAİZ ÖDƏNİLƏCƏK
Borclu təşkilatların təqdim etdiyi operativ məlumatlara əsasən həmin kredit sazişləri əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycan Respublikasının xarici dövlət borcunun ümumi məbləği 2018-ci ilin 6 ayı ərzində 0,1 milyard ABŞ dolları və ya 1,1% artaraq 9,5 milyard ABŞ dolları (şərti öhdəliklər daxil olmaqla) təşkil etmişdir.
“Marja”nın məlumatına görə, Hesablama Palatasının "2018-ci ilin yanvar-iyun ayları üzrə əsas makroiqtisadi göstəricilərin və büdcə parametrlərinin təhlili"ndə qeyd edilib ki, imzalanmış sazişlər üzrə istifadə olunmuş və dövlət borcu hesab edilən kreditlərə görə xarici dövlət borcu ÜDM-in 21,6%-ni təşkil etmişdir.
Adambaşına düşən xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə 8,0 ABŞ dolları və ya 8,4% artaraq 1 iyul 2018-ci il tarixə 957,5 ABŞ dolları təşkil etmişdir.
01 iyul 2018-ci il tarixinə operativ məlumatlara əsasən dövlətin daxili borcu 1,0 milyard manat (şərti öhdəliklər daxil olmaqla) təşkil etmişdir ki, bu 01 yanvar 2018-ci il tarixə olan məbləğə bərabərdir.
2018-ci il üçün dövlət büdcəsində xarici dövlət borcu üzrə il ərzində 1 milyard 621 milyon 142,3 min manat əsas borc və 538 milyon 454,8 min manat məbləğində faiz borcun ödənilməsi proqnozlaşdırılmış, hesabat dövründə isə müvafiq olaraq 670 milyon 826,1 min manat və 248 milyon 872,8 min manat icra edilmişdir.
Daxili borc üzrə isə əsas və faiz borcları üzrə proqnoz məbləğləri müvafiq olaraq 22 milyon 984 min manat və 80 milyon 196,4 min manat, icra göstəriciləri isə 12 milyon 984,0 min manat və 46 milyon 566,9 min manat təşkil etmişdir.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
Məlumatların təhlili xarici borc üzrə faiz borcunun, daxili borc üzrə isə əsas borcun hesabat dövründə illik göstərici ilə müqayisədə daha çox icra edildiyini göstərir. Belə ki, xarici borcun tərkibində əsas borcun 58,6%-nin, daxili borcun tərkibində isə 43,5%-nin cari ilin ikinci yarısında icra olunması nəzərdə tutulmuşdur.
Hesabat dövründə məcmu dövlət borcunun ödənilməsi məqsədilə icra edilmiş cəmi vəsaitin tərkibində əsas borca yönəldilmiş vəsaitin 98,1%-i, faiz borcuna yönəldilmiş vəsaitin isə 84,2%-i xarici dövlət borcuna aid olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
10 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
12 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı













.jpg)





.jpg)


