Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Pakistanın yeni prezidenti seçildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pakistanın yeni prezidenti seçildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Pakistanda keçirilən seçkilərin qeyri-rəsmi nəticələrinə əsasən, hakim “Təhrik-ə-İnsaf” (Ədalət uğrunda hərəkat) partiyasının namizədi Arif Alvi sentyabrın 4-də ölkənin 13-cü prezidenti seçilib.

 

 Səsvermə yerli vaxtla səhər saat 10:00-dan 16:00-dək federal parlamentdə və 4 əyalət məclisində keçirilib. Seçkinin rəsmi nəticələrinin bu gün axşam saatlarında elan olunacağı gözlənilir.

 

Prezident seçkilərində üç namizəd - hakim “Ədalət uğrunda hərəkat” partiyasının qurucularından biri və parlamentin aşağı palatasının üzvü Arif Alvi, “Pakistan xalq partiyası”ndan Aitizaz Ahsan, həmçinin bir neçə müxalifət birliyinin nümayəndəsi - “Birləşmiş aksiya hərəkatı”nın lideri Mövlanə Fazl-ur-Rahman mübarizə aparırdı.

 

Pakistan prezidenti federal parlamentin aşağı və yuxarı palatalarından, həmçinin ölkənin 4 əyalətinin qanunverici yığıncaqlarından təşkil olunmuş 1174 deputat və senatordan ibarət seçkiçilər kollegiyası tərəfindən seçilir.

 

Xatırladaq ki, “Pakistan müsəlman liqası” partiyasını təmsil edən hazırkı prezident Məmnun Hüseyn dövlət başçısı postuna namizədliyini yenidən irəli sürməkdən imtina edib. Onun səlahiyyətləri sentyabrın 9-da sona çatacaq.

 


PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

© Azərtac

04.09.2018 15:18

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ

Ən çox oxunanlar