OPEC hasilatı Yanvarda nəzərdə tutulandan daha çox azaltdı
Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) bu gün açıqlanan hesabatına görə, qrupa üzv ölkələr Yanvar ayında istehsalı razılaşmaya gəlinəndən daha çox azaldıblar.
OPEC Noyabr ayının sonlarında neft qiymətlərini yüksəltmək və gəlirlərini artırmaq məqsədilə, istehsalı 2017-ci ilin əvvəlində azaltmaq barədə razılaşmışdı. Qısa bir müddət sonra, aralarında Azərbaycan və Rusiyanın da olduğu OPEC-ə daxil olmayan 11 istehsalçı ölkə də bu sazişə qoşulmaq qərarı verdilər.
"Marja" hesabata istinadən xəbər verir ki, kartelin 13 üzvü Yanvar ayında gündəlik 32.1 milyon barrel neft hasil ediblər. Bu miqdar, istehsal hədəfi olan 32.5 milyon bareldən aşağıdır.
OPEC-in xam neft istehsalı, yanvarda əvvəlki ayla müqayisədə gündəlik 890 min barrel azalaraq 32 milyon 140 min barel olub. OPEC-in hasilatını azaltması ilə, yanvarda qlobal neft istehsalındakı payı 33,5%-ə geriləyib.
2016-cı ilin Noyabr ayında OPEC-in 171-ci toplantısında OPEC üzvü olan ölkələr, gündəlik neft hasilatı səviyyəsini 32 milyon 500 min barrelə salmaq qərarı vermişdi.
Sənayeləşmiş neft istehlakçısı olan ölkələri təmsil edən Beynəlxalq Enerji Agentliyi (IEA), OPEC-in öhdəlik götürdüyü istehsal azaldılmasına 90% əməl etdiyini qeyd etmişdi.
OPEC-dəki ən böyük istehsalçı olan Səudiyyə Ərəbistanı, Yanvar ayında gündəlik 496 min barrel hasilat azaldılması ilə razılaşmaya ən çox töhfə verən ölkə olub.
Oktyabr ayından bu yana, OPEC-in ümumi hasilatında gündəlik 1.6 milyon barellik azaltma həyata keçirilib. Planlaşdırılan həcm 1.2 milyon barrel idi. Rusiya hələ öhdəlik etdiyi gündəlik 300 min barellik endirimin hamısını reallaşdırmayıb. Bu ölkə, OPEC-ə görə, istehsalı yalnız 120 min barel azaldıb.
Müqaviləyə qoşulan digər ölkələrin müqaviləyə uyğun göstəriciləri Fevral ayının irəliləyən dövrlərində açıqlanacaq.
OPEC-in "Neft Bazarı Hesabatı"na görə, yanvarda qlobal neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 1 milyon 290 min azalma ilə 95 milyon 820 min barrelə enib. Yanvarda qlobal neft hasilatı 2016-ci ilin yanvar ayına nisbətən 460 min barel azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib












.jpg)






