Mənzil alacağınız binada bu yoxdursa, uzaq durun!
Qış aylarında bir çox ailələr istilik üçün yüksək məbləğdə qaz və işıq pulu ödəyirlər. Yüksək xərcin bir səbəbi düzgün qənaətin təmin edilməməsidirsə, digər bir səbəbi də mənzilin yerləşdiyi binanın xarici cəbhəsində (fasadında) istilik izolyasiyasının olmaması ola bilər.
Evi soyuqdan qorumağın ən yaxşı üsulu bayırdan izolyasiyadır. Əgər mənzil alacağınız binada izolyasiya yoxdursa, həmin mənzili almaqdan imtina etməyiniz doğru qərar olar. Yoxsa hər qış istilik ilə bağlı yüksək xərclər sizi təngə gətirəcəkdir.
Qeyd edək ki, Bakıda bir sıra tikinti şirkətləri binaları adi suvaq və ya Ağlay ilə üzləyirlər. Bu mənzillərdə qışda istiliyin, yayda isə sərinliyin itməməsinə kömək etsə də, mükəmməl nəticə vermir.
KRİSTAL ABŞERON DÜNYADA ƏN GENİŞ YAYILMIŞ İZOLYASİYA MATERİALINI İSTİFADƏ EDİR
Artıq Bakıda bir neçə tikinti şirkəti izolyasiyada daş yundan istifadə edirlər. Məsələn, Bakı və Sumqayıtda mənzil tikinti ilə məşğul olan “Xəzər İnşaat” və “Kristal Abşeron” şirkətlərinin binaları daş yun ilə üzlənir. Bu da gələcək sakinlərin komfortlu və daha aşağı xərclə yaşayacağına təminatdır.
“TexnoFas” adı verilmiş daş yun materialı Rusiya Federasiyasının Ryazan şəhərində “TexnoNİKOL” şirkəti tərəfindən istehsal edilir. Daş yun dünyada ən geniş yayılmış istilik izolyasiya materialı hesab olunur.
Daş yunu materialı bazalt qrupuna daxil olan vulkanik mənşəli daşların 1500 – 1800 dərəcədə xüsusi sobalarda əridilərək plazma halına salınmaqla istehsal olunur. Plazma şəkilli daş xüsusi 3 dəlikli qurğudan keçir və soyuması nəticəsində pambıq şəkilli hala düşür. Sonradan isə bu material xüsusi presslər vasitəsi ilə sıxılaraq ehtiyyac olan sıxlıqlar alınır.
“TexnoFas” materialı xüsusi olaraq nazik qatlı dekorativ suvaq sistemi ilə inşa olunan fasadlarda istifadə olunması üçün istehsal olunur. Bu materialın orta sıxlığı 145 kq/m3 hesab edilir. Müxtəlif qalınlıqlarda olmaq şərti ilə 50,100,200 mm qalınlıqda olur. Materialın əsas texniki özəlliyi onun qatların ayrılma gücüdür. Daş yununun üzərinə bir başa möhkəmləndirici qat və dekorativ suvaq qatı vurulduğuna görə onun qatlarının yük götürmə göstəricisi bu cür sistemlərdə böyük rol oynayır.
EVİNİZ “NƏFƏS ALIR”
Təbii daşların əridilməsi sayəsində əmələ gəldiyindən Daş yun ekoloji olaraq ən təmiz məhsul sayılır.
Kristal Abşeron MTK-nın istifadə etdiyi fasad izolyasiya materialı daş əsaslı olduğuna görə, daş yun heç bir halda yanmır. Bu da yüzlərlə insanın həyatı baxımından böyük üstünlükdür.
Daş yun material məsaməli olduğuna görə nəfəs alır və buna görə də daxili məkanlarda heç vaxt nəmişlik və qaralma müşahidə olunmur.
Daş yun istifadə olunan qalınlıqdan asılı olaraq effektiv istilik və soyuqluğa qarşı əvəzsiz izolyasiya materialıdır. Qeyd edək ki, 50 mm (5 sm) daş yunu materialı fasadda 800 mm (80 sm) içi boşluqlu kərpici əvəz edir. Bu cür sistemlə qurulmuş fasad ən azı 25 il təmirsiz olaraq xidmət göstərə bilir.
Kristal Abşeron layihələrində daş yundan istifadə olunmaqla fasad inşa olunduqda bir neçə qatqılardan və materiallardan - yapışdırıcıdan, bərkidicidən, fasad setkasından, üst möhkəmləndirici qatdan və dekorativ suvaq qatından istifadə olunur.
Elektrik, təbii qaz və istilik xidmətlərinin ildən – ilə bahalaşdığı bir dövrdə qənaət etmək məcburiyyətindəyik. Qışda istilik xərclərini azaltmağın yollarından biri fasadı daş yunla izolyasiya olnmuş binadan mənzil almaqdır!
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 23 saat əvvəl
-
23 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
23 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub






















