Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"ABŞ-ın himayəçiliyi qlobal iqtisadiyyata zərər verəcək" - ÇİNDƏN AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
"ABŞ-ın himayəçiliyi qlobal iqtisadiyyata zərər verəcək" - ÇİNDƏN AÇIQLAMA

Çinin ticarət naziri Zhong Shan, "ABŞ-ın himayəçilik (proteksionist) siyasəti qlobal iqtisadiyyata zərər verəcək" deyib.
 

Çin Baş nazirinin köməkçisi Liu He-nin də, ABŞ-ın əlavə 200 milyard dollarlıq Çin məhsuluna tariflər qoymaq qərarına, hökumətin verəcəyi cavabı müzakirə etmək üçün Pekində bir toplantı keçirəcəklərini bildirilib.
 

Reklam_3_11

Nazir Shan yazılı açıqlamasında, ticarət müharibəsində qazanan olmadığını və əməkdaşlığın yeganə doğru seçim olduğunu vurğulayıb.
 

Həmçinin Zhong Shan bildirib ki, Çin xaricə açılmağı sürətləndirəcək və şirkətlər üçün daha yaxşı iş şəraiti yaradacaqdır.
 

Samsung, Toyota, HSBC və "Cohen Group" kimi xarici şirkətlərin nümayəndələri, Çindəki investisiyalarını artırmağa davam edəcəklərini söyləyiblər.
 

Digər tərəfdən, Çinin "South China Morning Post" qəzeti ABŞ-ın yeni tarif planlarını açıqlamasının ardından Çinin yəqin ki, Vaşinqtona danışıqlar üçün nümayəndə heyəti göndərməyəcəyini yazıb.

 

ABŞ Prezidenti Donald Tramp, Çindən idxal edilən daha 200 milyard dollarlıq məhsula 24 Sentyabrdan etibarən 10 faiz gömrük vergisi tətbiq olunacağını bildirib. 24 Sentyabrda qüvvəyə minəcək və il sonuna qədər 10 faiz səviyyəsində qalacaq tariflər, 1 Yanvar 2019-dan etibarən 25%-ə yüksələcək.

18.09.2018 08:47

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ