Azərbaycanda tək Hyundai markasındadır!
Ən qısa və əyləncəli səyahətlər üçün.
Bu gün bir çox avtomobil sürücüləri yolu azmadan “A” nöqtəsindən “B” nöqtəsinə naviqasiyanın köməyilə rahat gedə bilirlər.
Qlobal avtomobil istehsalçıları əsasən ən zəngin təchizatlı modellərini naviqasiya sistemi ilə təklif edirlər. Dünyanın tanınmış bütün avtomobil markaları Azərbaycan bazarında təmsil olunsa da, istehsalçı tərəfindən dəstəklənən, Azərbaycan dilində olan naviqasiya sistemi tək Hyundai markasındadır.
Naviqasiyada diqqət edilməsi lazım olan bir neçə məqamlar var: Ekran, xəritə, proqram təminatı, Səs, GPS qəbuledicisi.
EKRAN
Naviqasiya cihazının sürüş əsnasında rahat görünən və parlaq bir ekrana malik olması lazımdır. Parlaq bir ekrana malik naviqasiya cihazı sizə günəşli havada belə daha aydın bir görünüş təmin edir. Hyundai modellərindəki naviqasiya cihazlarının ekran ölçüsü və keyfiyyəti, yuxarıda qeyd olunan meyarlaracavab verəcək səviyyədədir. Səsli istiqamətləndirmələr ilə istədiyiniz yerə rahat gedə bilərsiniz, amma bəzi istifadəçilər ekrana baxmağa daha çox üstünlük verirlər.
Hyundai modellərindəki cihaz naviqasiyaya bir düymə ilə qoşula bilmə imkanı verir.
XƏRİTƏ
Naviqasiya cihazında diqqət edilməsi lazım olan amillərindən biri də Xəritə və Proqram təminatıdır. Naviqasiyanızda yüklü olan xəritə tez-tez yenilənə bilinməli və doğru marşrutları göstərməlidir. Hyundai-lardakı naviqasiyasının xəritəsini cihazın rəsmi saytı vasitəsilə yeniləmək mümükndür. Naviqasiya cihazının xəritəsini zəmanət müddəti ərzində yeniləmək xidməti pulsuzdur. Yeniləmə edilmədiyi halda, mövcud xəritə ilə məhdudiyyətsiz istifadə etmək olar. Hyundai -ın naviqasiya xəritəsi dövrü olaraq yeniləndiyindən bütün kiçik yolları belə göstərə bilir. Qısası, Azərbaycan şərtlərinə uyğun olan naviqasiya sistemidir.
Bundan başqa, cihazdakı proqram təminatı çox əhəmiyyətlidir. Daha aydın bir interfeys, marşrut və istiqamət hesablama kimi proseslərdən cihazdakı proqram cavabdehdir.
SƏS
Gedilən yol istiqamətində səsləndirmə bir naviqasiya cihazında mütləq olması lazım olan funksiyalardan biridir. Cihaz sürücü tərəfindən asanlıqla başa düşüləcək səs keyfiyyətinə malik olmalıdır. Keyfiyyətli naviqasiya cihazlarında istehsalçılar keyfiyyətli səsucaldanlar istifadə edirlər. Hyundai modelləri dünyada ən çox istifadə edilən Tom-Tom, Daiichi markalı naviqasiya cihazı ilə təchiz edilir. Naviqasiya cihazları bir çox dilləri dəstəkləyir.
GPS QƏBULEDİCİSİ
Hyundai modellərindəki ən son texnologiya və həssas GPS alıcısına malik naviqasiya cihazı, peyklərdən gələn siqnalları qəbul edərək yer və istiqamət təsbitini daha sürətli və düzgün müəyyən edir. Bu sayədə istifadəçilər tərs istiqamətə gedərsə anında ona yeni marşrut verilə bilir.
Bir sıra Hyundai modellərinin sürücüləri naviqasiya sistemi vasitəsilə Yol, Radar və Hava xidmətləri daxil olmaqla bir sıra xidmətlərdən faydalana bilirlər. Sürücülər həmçinin, mağazalar, restoranlar və digər obyektlər haqqıda məlumatları ala bilirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 1 gün sonra
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
“Kristal” şirkəti İtaliyanın qabaqcıl istehsalçısı ilə memorandum imzaladı
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İllik 15%-lik yüksək gəlir əldə etmək imkanı ®
SOCAR və “Uzbekneftegaz”ın birgə layihəyə başladı - Daşkənddə mərasim keçirilib, Mirziyoyev də iştirak edib
12, 36 və 146 nömrəli marşrutlarda avtobuslar yenilənir
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
9-cu “Zeekr 001” avtomobilinin sahibi Leyla Fətəliyeva oldu
Ən çox oxunanlar
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
Bank İmişlidə filial açdı
InvestAZ və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib
Lombard şirkətinə 1,3 milyon manat pul lazımdır
Özbəkistan Prezidenti Azərbaycanın nazirini qəbul edib, birgə layihələri müzakirə edib
Azad olunmuş ərazilər üzrə torpaqların icarə müqavilələrinin imzalanmasına başlanıb
"Sizin Lombard"ın 15% gəlirliliyi olan 2 milyon manatlıq istiqrazları tam yerləşdirildi
Öz ərizəsi ilə işdən azad olundu










.jpg)









.jpg)


