Azərbaycanda yeni sığorta növlərinin tətbiqinə hazırlıq gedir
Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşəbbüsü ilə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” mövzusunda görüş keçirilib. Görüşdə Birliyin sədr müavini Vüqar Əliyev və Birliyin əməkdaşları, Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS) və sığorta şirkətlərinin nümayəndələri iştirak edib.
Görüşün müzakirə mövzusu “Strateji Yol Xəritəsi”nin 1.3-cü prioritetindən irəli gələrək Azərbaycanda yeni sığorta növləri – icbari tibbi sığorta və mikrosığorta məhsulları beynəlxalq təcrübədə tətbiqi, bununla bağlı araşdırmanın nəticələri, Azərbaycan üçün ən uyğun model, bu məhsulların Azərbaycanda tətbiq metodları barədə təqdimatlar edilib, müzakirələr təşkil edilib və sığortaçılar onları maraqlandıran məsələlərlə bağlı suallarını səsləndiriblər.
Görüşün birinci hissəsində İTS-in icbari tibbi sığorta mexanizmi barədə təqdimatı, İTS tərəfindən hazırlanan baza zərfi, Mingəçevir və Yevlaxdakı pilot layihələr, onların nəticələri, aşkarlanan problemlər və onların həlli məqsədilə irəli sürülən təkliflərə dair fikir mübadiləsi aparılıb.
Görüşdə iştirak edən İTS-in İcbari Tibbi Sığorta departamentinin rəhbəri Vüqar Qurbanov layihənin sosial əhəmiyyətini vurğulayaraq bildirib ki, bu, əhalinin tibbi sığorta təminatı, tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi, əhalinin təkcə Bakı deyil, bölgələrdə olan tibbi müəssisələri və eyni zamanda, sığortaya olan inam və etimadının möhkəmləndirilməsi, həmçinin, həkimlərin öz sahələri üzrə yüksək səviyyədə ixtisaslaşmasına gətirib çıxaracaqdır. Bununla yanaşı, icbari tibbi sığorta mexanizmində sığorta şirkətlərinin rolundan bəhs edilib, burada dövlətlə şirkətlərin əməkdaşlığının həm dövlət, həm də sığortaçılar üçün önəmi və faydaları qeyd edilib.
Görüşün ikinci hissəsini mikrosığorta məhsullarına dair müzakirələr təşkil edib. Palata nümayəndələri Birliyin dəstəyi ilə sığorta şirkətlərindən əldə edilən mikrosığorta məhsulları üzrə bazar araşdırmasının nəticələri barədə sığortaçıları məlumatlandırıb. Burada mikrosığortanın əhəmiyyəti, beynəlxalq təcrübə, bazar araşdırmasının nəticələrindən asılı olaraq əhalinin mikrosığortaya olan tələbatı, mikrosığorta məhsulları tətbiq olunarsa ehtimal olunan penetrasiya faizi, üstünlük və faydaları barədə danışılıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 6 Dekabr 2018-ci il tarixli fərmani ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə sığorta bazarının inkişafı və genişləndirilməsi məqsədilə yeni icbari sığorta növləri – kənd təsərrüfatı sığortası, mikrosığorta, müştərək sığorta və icbari tibbi sığorta məhsullarının yaradılması prioritet olaraq müəyyən edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
1 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
1 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
5 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
7 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb




























