Fransız-Azərbaycan Universitetinə direktor təyin olunub
Fransız-Azərbaycan Universitetinə (UFAZ) direktor təyinatı olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının təqdimatı, Təhsil Nazirliyinin razılığı ilə ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ-a direktor vəzifəsinə Vazeh Əsgərov təyin edilib.
Universitetdən verilən xəbər görə, bu gün Vazeh Əsgərov universitet rəhbərliyinin iştirakı ilə kollektivə təqdim olunub.
UFAZ-ın direktorunu təqdim edən ADNSU rektoru, professor M.Babanlı onun təyinatının Strasburq Universiteti tərəfindən də təsdiqləndiyini qeyd edib.
V.Əsgərovun uzun illər ərzində Strasburq Universitetində təhsil aldığını və çalışdığını, bu səbəbdən Fransa təhsil sisteminə yaxşı bələd olduğunu vurğulayan rektor M.Babanlı onun öz təcrübəsini UFAZ-da da tətbiq edəcəyini və universitetin statusunu daha da yüksəldəcəyinə inandığını bildirib.
Dosent Vazeh Əsgərov UFAZ-a direktor təyin olunması ilə bağlı ona göstərilən etimada görə təşəkkürünü ifadə edib və bu etimadı doğrultmaq üçün səylərini əsirgəməyəcəyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























