Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Madriddə köhnə avtomobillərin hərəkətinə icazə verilməyəcək - YENİ QAYDA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Madriddə köhnə avtomobillərin hərəkətinə icazə verilməyəcək - YENİ QAYDA

Madriddə havanın çirkləndirilmə dərəcəsinin yüksək olması barədə protokolun tətbiq edilməsi ilə əlaqədar, ekoloji nəzarətdən keçməyi təsdiq edən nişanı olmayan avtomobillərin paytaxtda hərəkətinə icazə verilməyəcək.

 

Reklam_3_11

Madrid meriyası havada çirkli maddələrin miqdarı normadan yüksək olduqda görülməli tədbirlər barədə qaydalara dəyişiklikləri qəbul edib. Bu dəyişikliklər oktyabrın 8-dən qüvvəyə minəcək.

 

Yeni qaydalara əsasən, nömrə nişanlarının cüt və tək rəqəm olmasından istifadə edilməsi praktikası və ekoloji nişanlar sisteminə keçid ləğv edilir. Beləliklə, atmosfer havasında azot oksidinin miqdarı yüksək olduğu günlərdə 2000-ci ilə qədər buraxılmış, mühərriki benzinlə işləyən və 2006-cı ilə qədər buraxılmış, mühərrikli dizel yanacağı ilə işləyən köhnə avtomobillərin paytaxtda hərəkətinə icazə verilməyəcək. Bu məhdudiyyət 15 ildən çox istifadədə olan motosiklet və skuterlərə də şamil edilir.

 

Madriddə ekoloji nəzarətdən keçməyi təsdiq edən nişanı olmayan nəqliyyat vasitələrindən istifadə edilməsinə görə 90 avro cərimə tətbiq edilə bilər.

 

© Azərtac

01.10.2018 09:45

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ