Mis-qızıl üçün Naxçıvanda 10 km-dək buruq-qazma işləri aparılacaq
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd-Xanağa perspektivli sahəsində 10 min metrədək buruq-qazma işləri aparacaq.
QSC-dən "Marja"ya daxil olmuş məlumata görə, sənaye əhəmiyyətli mis-qızıl filizlərinin aşkarlanması məqsədi ilə həyata keçiriləcək buruq-qazma işləri üzrə tenderin qalibi “AZ Dağ-Mədənistismar” MMC ilə müvafiq müqavilə imzalanmışdır.
Qeyd edək ki, 2017-ci ilin 4-cü rübündə Cəmiyyətin istifadəsində olan Ortakənd-Xanağa sahəsində İtaliyanın məşhur “Geostudi Astier srl” geofizika şirkətin texnoloji dəstəyi ilə aparılan yerüstü elektrik və maqnit kəşfiyyat işləri müsbət nəticələr verib. Belə ki, kəşfiyyat işləri zamanı mis, qızıl və digər əlvan metallar üzrə ilkin müsbət təzahürlər, o cümlədən Ortakənd mis-porfir, Başkənd-Xanağa səpinti qızıl yataqları, Başkənd mis, Ortakənd-Xanağa köklü qızıl təzahürləri və bir sıra polimetal minerallaşma nöqtələri və çıxışları qeydə alınıb.
Əsas fəaliyyət sahələri geoloji-kəşfiyyat, geodeziya axtarış işləri və geofiziki tədqiqatlar olan “AZ Dağ-Mədənistismar” MMC-nin “AzerGold” QSC ilə yanaşı Azərbaycanda əlvan metal hasilatı üzrə fəaliyyət göstərən digər dağ-mədən şirkətləri ilə əməkdaşlıq təcrübəsi var.
“AzerGold” QSC-nin müxtəlif fəaliyyət istiqamətləri üzrə əməkdaşlıq qurarkən yerli şirkətlərə üstünlük verməsi yan sahələrin inkişaf etdirilməsinə əhəmiyyətli töhfə vermək məqsədi daşıyır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)





.jpg)



