“AzerGold” “AZ Dağ-Mədənistismar”a təxminən 3 milyon manat ödəyəcək
“AZ Dağ-Mədənistismar” MMC “AzerGold” QSC-nin sifarişi ilə kəşfiyyat qazma işləri həyata keçirəcək. Xidmətlərin dəyəri 2 mln. 805 min 989,61 manat təşkil edir.
““AZ Dağ-Mədənistismar” “AzerGold”un elan etdiyi müvafiq tenderin yekunlarına əsasən kəşfiyyat qazma işləri üzrə podratçı seçilib. Şirkətlə 2 mln. 805 min 989,61 manat dəyərində podrat müqaviləsi imzalanıb”, - deyə “AzerGold”dan bildirilib.
Xəbər verildiyi kimi, "AzerGold" QSC Naxçıvan Muxtar Respublikasındakı Ortakənd-Xanağa perspektiv sahəsində 10 min metrədək qazma işləri həyata keçirməyi planlaşdırır. Məqsəd sənaye əhəmiyyətli mis-qızıl filizlərinin aşkarlanmasıdır. Qazma işləri “AZ Dağ-Mədənistismar” MMC tərəfindən həyata keçiriləcək”, - deyə məlumatda bildirilir.
“AzerGold”un qiymətləndirmələrinə görə, Ortakənd-Xanağa sahəsi məxsusi qızıl, kompleks mis-porfir, epitermal sulfid filizlərinin aşkarlanması baxımından potensial perspektivliyi ilə seçilir.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 35 d. əvvəl
-
56 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























