Kapital Bank beynəlxalq tədbirdə iştirak edib
Kapital Bank ötən həftə İndoneziyanın Bali adasının cənubunda yerləşən Nusa Dua bölgəsində keçirilən Beynəlxalq Valyuta Fondunun (IMF) və Dünya Bankı qrupunun illik yığıncağında iştirak edib. Tədbirdə Kapital Bank-ı İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov təmsil edib.
Builki tədbir zamanı dünya iqtisadiyyatının və qlobal maliyyə sisteminin perspektivləri, eləcə də yeni monetar siyasəti və qlobal ticarət, aparıcı texnologiyalar və iqtisadiyyatın inklüziv inkişafı, maliyyə texnologiyaları və rəqəmsallaşma dövründə vergilər, yoxsulluğun və korrupsiyanın aradan qaldırılması, insan kapitalının rolu ilə bağlı məsələlər müzakirə olundu.
“Artıq bir neçə ildir ki, Kapital Bank beynəlxalq tədbirlərdə fəal təmsil olunur və dünyanın bir sıra təşkilatları ilə əməkdaşlıq edir. Bu il İndoneziyada keçirilən tədbir zamanı da bir sıra maraqlı görüşlərimiz və tanışlıqlarımız oldu. Xarici təşkilatlarla əməkdaşlığın əsas məqsədi təcrübənin artırılmasına yönəlib. Növbəti həftə həmçinin ənənəvi SIBOS sərgisində iştirak edəcəyik. Builki iştirakımız əvvəlki illərlə müqayisədə daha fəal və fərqli olacaq”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov bildirib.
Qeyd edək ki, Kapital Bank bir sıra yerli və beynəlxalq təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlıq edir. Gələcəkdə belə təşkilatların sayı artırılacaq.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 11 saat əvvəl
-
12 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
20 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)





.jpg)






