Azərbaycan Rusiya qarşısında 809 milyon dollar mənfidədir
2018-ci ilin yanvar-sentyabr aylarının yekunları üzrə Azərbaycan və Rusiya arasında mal dövriyyəsi 1 milyard 694 milyon. 927 min dollar təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 18,2% çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir.
Hesabat dövründə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 7,64%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
"Hesabat dövründə Azərbaycan Rusiyaya 443 milyon 56 min dollar dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 12,8% çoxdur. Bütövlükdə, 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan ixracın 3,1%-i Rusiyanın payına düşüb”, - deyə məlumatda bildirilir.
Yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana idxalın həcmi 1 milyard 251 milyon 870 min dollar təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 20,2% çoxdur. Azərbaycana idxalın ümumi həcmində 15,84% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, cari ilin yanvar-sentyabr aylarında RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu 808 milyon 814 min dollar təşkil edib (Rusiyadan idxalımız ixracımızı üstələyir).
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





