Azərbaycana gəlmiş turistlər barədə ətraflı məlumatlar açıqlandı
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana dünyanın 193 ölkəsindən 2 milyon 208,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 31,2 faizi Rusiya Federasiyası, 19,8 faizi Gürcüstan, 10,0 faizi Türkiyə, 9,2 faizi İran, 3,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,0 faizi Səudiyyə Ərəbistanı, 2,7 faizi İraq, 2,0 faizi Ukrayna, 1,5 faizi İsrail, 17,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur.
Gələnlərin 65,3 faizini kişilər, 34,7 faizini isə qadınlar təşkil etmişdir.
İYUL ƏN ÇOX TURİSTİN GƏLDİYİ AYDIR
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 8,4 faizi yanvar, 7,5 faizi fevral, 12,5 faizi mart, 9,9 faizi aprel, 9,4 faizi may, 12,2 faizi iyun, 15,0 faizi iyul, 14,6 faizi avqust, 10,5 faizi isə sentyabr ayında ölkəyə gəlmişdir.
Cari ilin yanvar-sentyabr aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilmişdir. Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə ölkəmizə gələn Bəhreyn vətəndaşlarının sayı 2,2 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,1 dəfə, Küveyt vətəndaşlarının sayı 2,0 dəfə, Qətər vətəndaşlarının sayı 1,7 dəfə, İraq vətəndaşlarının sayı 14,4 faiz, Oman vətəndaşlarının sayı 7,6 faiz artmışdır.
İRAN VƏ BƏƏ-DƏN GƏLƏN TURİSTLƏRİN SAYINDA AZALMA
İrandan gələnlərin sayında 32,7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 6,7 faiz azalma müşahidə edilmişdir. Ümumilikdə Körfəz ölkələrindən 467,8 min nəfər gəlmiş və ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olmuşdur.
2018-ci ilin yanvar-sentyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 8,9 faiz artaraq 88,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,7 faiz artaraq 813,7 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,1 faizi dəmir yolu və avtomobil, 42,9 faizi hava, 1,0 faizi isə su nəqliyyatından istifadə etmişdir.
AZƏRBAYCANDAN GEDƏNLƏR GƏLƏNLƏRİ ÜSTƏLƏYİR
2018-ci ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz artaraq 3 milyon 562,9 min nəfər olmuşdur.
Ölkə vətəndaşlarının 30,7 faizi İrana, 30,3 faizi Gürcüstana, 19,4 faizi Rusiya Federasiyasına, 13,2 faizi Türkiyəyə, 1,6 faizi Ukraynaya, 1,0 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər etmişdir. Səfər edənlərin 66,4 faizi kişilər, 33,6 faizi isə qadınlar olmuşdur.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 53,2 faiz, Gürcüstana gedənlərin sayı 2,7 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 1,4 faiz, Türkiyəyə gedənlərin sayı 1,3 faiz azalmışdır.
Cari ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,3 faizi dəmir yolu və avtomobil, 18,9 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 22 d. əvvəl
- 30 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qızılın qiyməti ilə bağlı diqqətçəkən proqnoz: "10 min dollara yüksələcək"
-
2 saat əvvəl
Natura meyvə şirələri daha bir sosial layihənin iştirakçısı oldu
- 2 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin iştirakçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Ən çox oxunanlar
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!






.jpg)












.jpg)
