Kiçik məbləğlərə tibbi yardım və müalicə imkanları - YENİ TİBBİ SIĞORTA MƏHSULLARI
“AtaSığorta” ASC ölkəmizdə mövcud tələbata uyğun olaraq fiziki şəxslər üçün nəzərdə tutulmuş “Səyahət paketi”, “Tələbə paketi”, “Fiziki şəxslərin sığortası” və “Ailə paketi” adlı yeni tibbi sığorta məhsullarını sığorta sektoruna təqdim edir.
Şirkətdən "Marja"ya daxil olmuş məlumata görə, turizmlə bağlı sığorta məhsuluna tələbatı nəzərə alaraq yeni “Səyahət paketi” məhsulu yaradılmışdır. Bu məhsul ölkə daxilində səyahət edən vətəndaşlar və xaricdən gələn qonaqlar üçün nəzərdə tutulub. “Səyahət paketi” təcili baş verən halların və xəstəliklərin müalicəsinə təminat verir. Tibbi yardıma ehtiyac yaranan zaman bu məhsul ilə sığorta olunanlar ölkəmizin bölgələrində, o cümlədən paytaxtda müalicə olunmaq imkanı qazanırlar. Qiymətlər səyahət günlərinin sayına uyğun olaraq hesablanır.
“Tələbə paketi” yerli və xaricdən ölkəmizə təhsil almaq üçün gələn tələbələr üçün nəzərdə tutulub. Ali təhsil müəssisələri tələbələri üçün bu məhsulu əldə etməklə, tələbələr kiçik bir məbləğ qarşılığında gözlənilməz hadisələr zamanı tibbi yardımla təmin olunmalarına nail ola bilərlər. Bu paket üzrə 5 cür qiymət təklifi mövcuddur. Qiymətlər təminat verilən risklərin əhatəsindən asılı olaraq dəyişir.
Həmçinin, vətəndaşların çoxsaylı müraciətləri əsasında fiziki şəxslərin fərdi qaydada sığortalanması üçün “Fiziki şəxslərin sığortası” və ailələr üçün nəzərdə tutulan “Ailə paketi” adlı yeni tibbi sığorta məhsulları hazırlanıb. Hər iki məhsul üzrə bir neçə qiymət təklifi hazırlanmışdır. Qiymətlər təminat verilən risklərin əhatəsindən asılı olaraq dəyişir. Ailə və ya qrup şəklində sığorta olunan zaman sərfəli qiymətlər təklif edilir.
“AtaSığorta” ASC 100-ə yaxın klinika və apteklərlə əməkdaşlıq edir və bu siyahı günü-gündən genişlənir. Sığorta olunanlar müqavilə müddəti ərzində həmin klinikalarda müalicə olmaq imkanı əldə etmiş olurlar. Həmçinin, sığorta olunanların ailə üzvlərinə əməkdaşlıq etdiyimiz klinikalarda sığorta təminatına daxil olmayan xidmətlər üzrə 50 %-dək endirimlər tətbiq olunur.
“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 30 milyon manata yaxın aktivlərə malik olmaqla 30 sığorta növü - 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. “AtaSığorta” həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və satış ofisləri daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
22 d. əvvəl
5 bankın qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çoxdur
-
-
36 d. əvvəl
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
-
1 saat əvvəl
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 13 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin qiyməti azalıb
Yaponiyada 40 illik istiqraz gəlirliliyi 4 faizə yüksəlib
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
Ən çox oxunanlar
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
20 Yanvar faciəsindən 36 il ötür
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi


























