23 səhmdar cəmiyyəti hərraca çıxarıldı
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 20 noyabr tarixində keçiriləcək. Hərraca ümumilikdə 51 dövlət əmlakı çıxarılıb. Onlardan 14-ü kiçik dövlət müəssisə və obyekti, 5-i qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 9-u isə nəqliyyat vasitəsidir.
Bu dəfə vətəndaşlar Bakı, Gəncə, Salyan, Lənkəran kimi şəhər və rayonlarda yerləşən kiçik dövlət müəssisə və obyektlərinin özəlləşməsində iştirak edə bilər. Bu növ dövlət əmlaklarının ümumi faydalı sahəsi 14,8 kv.m ilə 3763,3 kv.m aralığındadır. Ucar şəhəri, 29-cu məhəllədə yerləşən “Ucar 3 nömrəli Təmir Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi faydalı sahəsi 181,8 kv.m-dir. Kiçik dövlət müəssisənin 9 min 934 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirilməsi onun iqtisadi potensialını artırır.
Qeyri-yaşayış sahələrinə gəldikdə isə onlardan 4-ü paytaxtda, 1-i isə Mingəçevir şəhərindədir. Bu obyektlərin ümumi faydalı sahəsi 26,5 kv.m və 176,7 kv.m intervalındadır. Bakı üzrə hərraca çıxarılan qeyri-yaşayış sahələrindən biri Səbail rayonu, Ş.Ələkbərova küçəsində yerləşir. Sahibinə xidmət sahəsi üzrə fəaliyyətə imkan yaradacaq dövlət əmlakının ümumi faydalı sahəsi 106,9 kv.m-dir. Daha bir gəlirli əmlak isə Mingəçevir şəhəri, İ.Qayıbov küçəsindəki iaşə obyektidir. Qeyd olunan qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 124,4 kv.m-dir.
Dövlətə məxsus paylarının hərraca çıxarıldığı səhmdar cəmiyyətləri müxtəlif şəhər və rayonlarda yerləşir. İnvestorlar təmir-tikinti, sənaye, kənd təsərrüfatı və digər sahələr üzrə fəaliyyət göstərən bu dövlət əmlaklarının 30-45%-lik səhm paketlərini özəlləşdirə bilər.
Mercedes, BMW, Hyundai, Tofaş və digər brendlərindən olan nəqliyyat vasitələri də bu dəfə hərraca çıxarılan dövlət əmlakları arasındadır. Hər kəsə maraqlı ola biləcək bu avtomobillərin buraxılış tarixləri 1995-2006 illərdir.
Komitənin təşkil etdiyi hərraclar barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı (privatization.az) ilə bərabər, komitənin rəsmi saytı (emdk.gov.az), facebook sosial şəbəkəsindəki rəsmi səhifə və privatization.az səhifəsi vasitəsilə aparılır. Hərracda iştirak etmək istəyən şəxslər elektron formada qeydiyyatdan keçərək, ilkin qiymətin 10%-i həcmində behi ödəyib sifarişçiyə çevrilə bilər. Qeyd edək ki, təşkil olunan hərracda istənilən şəxs həm onlayn, həm də canlı formada iştirak edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)








.jpg)







