Bank Respublika-nın xalis mənfəəti iki dəfə artıb
Bank Respublika 2018-ci ilin üçüncü rübünə dair maliyyə hesabatlarını açıqlayıb.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, üçüncü rübdə Bank pozitiv dinamikanı davam etdirməyə müvəffəq olmaqla müsbət əməliyyat və maliyyə nəticələri göstərib.
1 oktyabr 2018-ci il tarixinə bankın aktivləri 976 milyon manatdan çox olmuşdur ki, bu da ikinci rübün göstəricisindən 14% çoxdur.
Üçüncü rübün nəticələrinə görə bankın xalis mənfəəti iki dəfə artaraq 1 milyon manatı keçib.
Həmçinin, əmanət portfelinin artımını xüsusi olaraq vurğulamaq lazımdır. Belə ki, ötən ilin üçüncü rübünə nisbətən bankın əmanət portfelində 55% artm qeydə alınıb.
"Əsas maliyyə göstəricilərinin müsbət dinamikası yeni texnologiyalardan istifadə edərək kiçik və orta sahibkarlığın inkişafına dəstək verməyi nəzərdə tutan bankın inkişaf strategiyasını mərhələli şəkildə həyata keçirməklə əldə edilmişdir. Bank Respublikanı əsas maliyyə tərəfdaşı kimi seçən müştərilərin sayının artması bizim üçün sevindirici haldır. Bu ilk növbədə ölkə üzrə bütün müştərilərə keyfiyyətli maliyyə xidmətləri göstərməyə çalışan komandamızın gərgin əməyinin nəticəsidir. Bizim əsas prioritetlərimiz sırasında - yeni məhsulların təqdim edilməsi, mobil bankçılıq və müştərilərə distant xidmət kanallarının gələcək inkişafı yer tutur"- deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Asəf Namazov bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 19 saat əvvəl
-
-
20 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)
.jpg)






.jpg)






