AZAL və KPMG “Open Skies” layihəsini müzakirə ediblər
“AZAL”ın prezidenti Cahangir Əsgərov 6 noyabr tarixində KPMG Azerbaijan şirkətinin nümayəndələri - baş menecerlər Fərid Baxşıyev və Andrey İvanovla görüşüb.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumata görə, danışıqların əsas mövzusu Azərbaycan və Avropa arasında "Open Skies" müqaviləsinin təfərrüatları olmuşdur. Azərbaycan hökumətinin sifarişi ilə KPMG şirkəti bu layihə üzrə məsləhətçi rolunda çıxış edir.
Cahangir Əsgərovun sözlərinə görə, belə bir fikir mövcuddur ki, guya AZAL Avropa ilə “Open Skies” müqaviləsinin imzalanmasının nəticələrindən ehtiyatlanır. "Mən rəsmən bəyan edirəm ki, hər hansı aviaşirkət üçün Azərbaycana reyslərin yerinə yetirilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur. Hətta vurğulamaq istərdim ki, xarici daşıyıcılara hava məkanı azadlığı ilə bağlı geniş kommersiya hüquqları verilir " deyə “AZAL”ın prezidenti bildirmişdir.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan azsaylı ölkələrdən biridir ki, xarici aviaşirkətlərə beşinci (Bakıdan keçərək tranzit), hətta ən yüksək səkkizinci (ölkə daxilində reyslər yerinə yetirmək hüququ) hava sərbəstliyi hüququ verir.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
“Bir daha vurğulamaq istərdim ki, Azərbaycanın hava limanları bütün aviaşirkətlər üçün açıqdır, biz hava daşımaları bazarımızdakı bütün yeni aviadaşıyıcıları salamlayırıq" - deyə Cahangir Əsgərov əlavə etdi.
KPMG şirkətinin baş meneceri Fərid Baxşıyevin sözlərinə görə, "Open Skies" müqaviləsinin aviasiya sənayesinə təsirinin müəyyənləşdirilməsi üzrə beynəlxalq təcrübənin geniş təhlili aparılmışdır, bu layihənin mümkün nəticələrinin yumşaldılması üçün təlimatlar, habelə yol xəritəsi hazırlanmışdır.
Onun sözlərinə görə, bu gün AZAL aviaşirkəti innovasiya, texnologiya və beynəlxalq standartların tətbiqi sahəsində böyük nailiyyətlər əldə etmişdir və mülki aviasiya Azərbaycanın qeyri-neft sektorunun əsas seqmentlərindən biri sayılır.
Həmçinin qeyd olunmuşdur ki, "Open Skies" müqaviləsinin imzalanmaya hərtərəfli hazırlanması və ratifikasiya olunması üçün Avropa ölkələrinə 10 ilə yaxın müddət lazım olmuşdur.
Danışıqların yekunlarına əsasən Tərəflər KPMG şirkəti tərəfindən hazırlanmış yol xəritəsinin tətbiqi üzərində birgə fəaliyyəti davam etdirmək barədə razılığa gəlmişlər. Həmçinin risk menecmenti, investisiya strategiyası, müəssisələrin kapitallaşdırılmasının qiymətləndirilməsi sahəsində KPMG şirkəti ilə əməkdaşlıq imkanları nəzərdən keçirilmişdir.
Qeyd edək ki, hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 50-dən çox istiqamət üzrə 30-dan artıq aviaşirkətə xidmət göstərir. 2018-ci ilin doqquz ayı ərzində paytaxtın hava limanı 3,49 milyon sərnişinə xidmət göstərmişdir (ötən ilin analoji göstəricisindən 10% çoxdur). Yeni reyslərin açılması nəzərə alınmaqla 2020-ci ilin yekunları üzrə bu göstəricinin ildə 7 milyon sərnişinədək yüksəldilməsi prioritet vəzifələrdən biridir.
KPMG audit və konsaltinq sahəsində peşəkar xidmətlər göstərən və “Böyük Dördlüy”ə daxil olan dünyanın ən böyük şəbəkələrindən biridir. KPMG-nin 155 ölkədə nümayəndəlikləri mövcuddur və 150 mindən çox əməkdaşı vardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
5 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 6 saat əvvəl
-
7 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
8 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
























