Sürücünün qayda pozuntusunu aşkarlayana hədiyyə veriləcək - YENİ LAYİHƏ
Bakı şəhərindən sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Xaliq Faiqoğlu” şirkəti göstərdiyi xidmət səviyyəsinin yüksəldilməsi, sürücülərin fəaliyyətinə ictimai nəzarətin stimullaşdırılması, sosial şəbəkələr vasitəsilə sərnişinlərlə şirkət arasında qarşılıqlı dialoqun qurulması və ən əsası təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi məqsədilə yeni sosial layihəyə start verib.
Şirkətdən verilən məlumata görə, aksiyanın keçirilməsində əsas məqsəd şirkətin istismarında olan və elektron ödəniş sistemində (Bakı Kart) fəaliyyət göstərən marşrut xətləri üzrə (18, 52, 61, 65, 79, 85, 96, 135 və 199 ) sürücülərin fəaliyyətinə nəzarətin gücləndirilməsi, sürücülər tərəfindən yol verilən qayda pozuntularını aşkar edən sərnişinlərin mükafatlandırılmasıdır.
Belə ki, siyahıda qeyd olunan marşrut xətlərində qayda pozuntusu (dayanacaqdan kənar saxlama, sürət həddi, sükan arxasında siqaret və mobil telefondan istifadə, sərnişinlərlə kobud davranış, dayanacaqda saxlamama və.s.) aşkar edən hər bir sərnişin və ya digər vətəndaşlar bu barədə şirkətin rəsmi whatsapp nömrəsinə +99455 455 8500 eləcə də facebook (www.facebook.com/xaliq.faiqoglu2002/) və ya instagram səhifəsinə (www.instagram.com/xaliqfaiqoglu/) hadisənin yerini, vaxtını, avtobusun dövlət qeydiyyat nömrəsini qeyd etməklə göndərə bilər.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Daxil olan müraciətlərin düzgünlüyü “Xaliq Faiqoğlu” MMC-nin mərkəzi müşahidə şöbəsi tərəfindən kamera görüntüləri ilə yoxlanıb, təsdiq olunduğu təqdirdə həmin qayda pozuntusunu aşkar edən sərnişinə içərisində müəyyən məbləğdə gediş limiti olan “BakıKart” və ya “Safastore” supermarketdən alış-veriş kuponları (hədiyyə) təqdim olunacaq.
Qeyd edək ki, “Xaliq Faiqoğlu” MMC “SAFA Holding” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. 15 ildən artıqdır Bakıda sərnişindaşıma fəaliyyəti göstərən MMC xidmətini müasir standartlar çərçivəsində həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 20 d. əvvəl
-
-
51 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
4 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti


















.jpg)






.jpg)


