Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
(®) 26 yanvar 2019-cu il tarixində Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) təşəbbüsü və “Baku School of PR”, “Alibayov Communication & Consulting” və “PROAKTİV” PR şirkətlərinin təşkilatçılığı ilə “Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu” keçiriləcək.
Forumun təşkilat qrupundan "Marja"ya verilən məlumata görə, forumun məqsədi türkdilli dövlətlərin PR mütəxəssisləri arasında və təcrübə mübadiləsi üçün yeni platforma yaratmaq və bu ölkələrdə ictimaiyyətlə əlaqələr sektorunun inkişafına töhfə verməkdir. Türkdilli dövlətlərin PR mütəxəssislərinin ilk forumunun məhz Bakı şəhərində təşkil olunması ölkəmizin türkdilli dövlətlərin inteqrasiya mərkəzinə çevrilməsinin göstəricisidir. Foruma yerli və xarici qurumlar və ictimai siyasi xadimlər, o cümlədən, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral, Türkiye Halkla İlişkier Dernegi (TÜHİD), Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistanın biznes və qeyri-hökümət təşkilatları, Türkdilli dövlətlərin Parlament Assambleyası və digərləri dəstək verirlər.
Forumda iştirak edəcək xarici qonaqlar üçün xüsusi mədəni proqram da təşkil olunacaq. Bu da bir daha Azərbaycanın mədəni-tarixi irsinin türk dünyası PR mütəxəssisləri tərəfindən təbliğ olunmasına imkan verəcək.
Qeyd edək ki, forumda Türkiyə, Qazaxstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan PR mütəxəssislərinin, həmçinin yerli şirkətlərdə çalışan 200-dən artıq PR mütəxəssisinin iştirakı nəzərdə tutulur. Yaxın günlərdə Forumun rəsmi saytı, sosial profilləri işə salınacaq və ictimaiyyət forumla bağlı bütün suallara oradan cavab tapa biləcəklər.
“Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu”
Təşkilat qrupu
Daha ətraflı: Tel.: +99450 2136682
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























