"Kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi hazırdır - MÜZAKİRƏSİ BAŞLAYIB
Noyabrın 20-də Milli Məclisdə kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair ictimai müzakirə keçirilib.
Ictimai müzakirə Milli Məclis, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə baş tutub.
Ictimai müzakirədə deputatlar, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, vətəndaş cəmiyyətinin nümayəndələri, ekspertlər iştirak ediblər.
Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib ki, müzakirənin əsas məqsədi kiçik və orta sahibkarlıq subyektlərinin inkişafı sahəsində görülə biləcək işlərlə bağlı təkliflərin verilməsindən ibarətdir.
Milli Məclisin iqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, bu gün Azərbaycanın özəl sektorunun payına ümumi daxili məhsulun 80 faizi düşür. Xalq təsərrüfatında, iqtisadiyyat və xidmət sahələrində çalışan işçilərin də əksəriyyəti özəl sektorun payına düşür. Bu müddət ərzində kifayət qədər qanunvericilik bazası formalaşıb, lakin müasir mərhələdə kiçik və orta sahibkarlığın inkişaf imkanlarını daha səmərəli istifadə etmək üçün yeni qanun layihəsinə ehtiyac var. Bugünkü təqdimat, heç şübhəsiz, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına təkan verəcək.
İqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev deyib ki, bu günə qədər güzəştli kreditlərdən istifadə edən 136 min sahibkarın 99 faizi kiçik və orta sahibkardır.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov deyib ki, kiçik və orta sahibkarlığın dayanıqlı inkişafı ölkəmizdə iqtisadi siyasətin tərkib hissəsi kimi hər zaman prioritet təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılmasına, eləcə də kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artırılmasına xidmət edəcək. Məlum olduğu kimi, cari il iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin agentliyin fəaliyyətinin təmin edilməsi haqqında imzaladığı Fərman kiçik və orta biznes sektorunun inkişafı ilə bağlı köklü dəyişikliklərə səbəb olacaq mühüm tapşırıqları əhatə edir. Əsas məqsədimiz sahibkar məmnunluğuna nail olmaq və fəaliyyətimizi şəffaflıq və operativlik prinsiplərinə uyğun həyata keçirməkdir.
Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin sahibkarlığın inkişafı istiqamətində müəyyən etdiyi strateji xəttin əsas elementləri "Kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsində öz əksini tapacaq. Bu qanunun qəbul edilməsi sahibkarlığın hüquqi təminatının gücləndirilməsinə, kiçik və orta sahibkarlığın rolunun artmasına töhfə verəcək.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev kiçik və orta sahibkarlığın inkişafı istiqamətində aparılan geniş qanunvericilik islahatlarından danışıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin kiçik və orta biznesin tənzimlənməsi və təşviqi departamentinin müdiri Fuad Məmmədov "Kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi barədə danışıb. O qeyd edib ki, Prezident İlham Əliyevin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında 2018-ci il 26 iyun tarixli Fərmanı ilə beynəlxalq təcrübə nəzərə alınmaqla "Kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsinin hazırlanması tapşırılıb. Departamentin müdiri dövlətimizin bu tapşırığının icrası istiqamətində görülən işlər barədə məlumat verib. Vurğulanıb ki, kiçik və orta sahibkarlığın inkişafı üçün ona hərtərəfli dəstək göstərilməsi başlıca şərtdir. Sahibkarlığın inkişafına ona dəstək vasitələri ilə nail olunması praktikası artıq Azərbaycanda da var.
Sonra deputatlar, vətəndaş cəmiyyətinin nümayəndələri, ekspertlər öz fikir və təkliflərini səsləndiriblər.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 34 d. əvvəl
-
- 42 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)




.jpg)











.jpg)

