Binaların idarə edilməsi qaydalarını pozanlar cəzalanadırılacaq - YENİ CƏRİMƏLƏR
Azərbaycanda çoxmənzilli binaların idarə edilməsi qaydalarının pozulmasına görə cəzalar müəyyən edilib.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Məcəlləyə əlavə edilən 393-1-ci (Mənzil qanunvericiliyinin pozulması) maddəyə əsasən, kooperativ binanın tikintisi və ya yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının 50 faizindən çoxuna mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra 1 ay müddətində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməməsinə və ya qəbul edilən həmin qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər 2 000, hüquqi şəxslər isə 5 000 manat məbləğində cərimə olunur.
Çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən Mənzil Məcəlləsi ilə müəyyən edilən qaydada tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydanı pozmaqla, çoxmənzilli binanın idarə edilməsi, habelə həmin qaydanın müddəalarının (o cümlədən, həmin qaydada edilən sonrakı dəyişikliklərin) çoxmənzilli binanın idarə edilməsi müsqaviləsində əks etdirilməməsinə görə vəzifəli şəxslərə 500 manatdan 800 manatadək, hüquqi şəxslərə isə 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə tətbiq olunur.
Çoxmənzilli binanın sahə mülkiyyətçisi tərəfindən ona məxsus olan sahənin saxlanması xərclərini, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırmasına görə ödənilməli olan ödənişlərin məbləğinin 100 faizindən 50 faizinədək məbləğdə cərimə edilir.
Ağır xroniki xəstəliklərə düçar olan şəxsin sosial kirayə müqaviləsinə əsasən yaşadığı və ya köçdüyü yaşayış sahəsinin ikinci əldən kirayəyə verilməsinə görə 100 manat məbləğində cərimə tətbiq edilir.
Çoxmənzilli binanın sahə mülkiyyətçilərinə Mənzil Məcəlləsi ilə müəyyən olunan qaydada binanın idarə edilməsi üsulunun seçilməsində maneçilik törədilməsinə görə vəzifəli şəxslər 300 manatdan 800 manatdək, hüquqi şəxslər isə 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.
Dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 8 d. əvvəl
-
26 d. əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
34 d. əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
58 d. əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
1 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
-
2 saat əvvəl
Qlobal bank qızılın qiymətilə bağlı proqnozunu 500 dollar yüksəltdi - 5400 DOLLAR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Ən çox oxunanlar
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
























