“Nazirlik bizi necə məhkəməyə verə bilər? Biz onların tələblərinə riayət edirik"
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakı şəhərində yerləşən bir sıra restoranları məhkəməyə verəcək.
Nazirliyin əməkdaşı Faiq Mütəllimov bu barədə açıqlamasında bildirib ki, müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən iaşə obyektlərinin sahiblərinə ETSN tərəfindən verilən vaxtdan 6 ay keçməsinə baxmayaraq, bu günə kimi yalnız 90 obyektdə təmizləyici qurğu quraşdırılıb. O diqqətə çatdırıb ki, monitorinqlərin başlanıldığı tarixdən indiyədək xəbərdarlıqlara məhəl qoymayaraq, təmizləyici qurğu quraşdırmayan 64 obyekt cərimə olunub, cəriməni ödəməyən iaşə obyektlərinin fəaliyyətinin dayandırılması istiqamətində iş aparılır:
"20 iaşə obyektinin - “Yeddi Gözəl”, “Sonalar Sonası”, “Gilavar”, “Oazis”, “Çanaqqala”, “Şahzadə”, “Şəlalə”, “Meqa Palas”, “Kəndimiz”, “Çıraq”, “Qabırğa” və digərlərinin bağlanması üçün sənədlər məhkəməyə göndərilib. Hazırda daha 15 iaşə obyektinin – “Topqapı”, “Ankara”, “Mübarək”, “Eliza”, “Cratos Hall”, “Qızıl balıq”, “Şır-şır”, “Meşəbəyi” və digərlərinin fəaliyyətinin dayandırılması üçün sənədlər məhkəməyə hazırlanır.
Adlarını çəkilən bəzi restoranlarla əlaqə saxlasıq. Maraqlıdır ki, restoranların sahibləri və məsul şəxslər sözgedən obyektlərlə nazirlik arasında müqavilə imzalandığını, təmizləyici qurğuların quraşdırıldığını bildiriblər.
“Yeddi Gözəl” şadlıq sarayından verilən məlumata görə, restoranda sözügedən aparatlar artıq quraşdırılıb:
“Nazirlik bizi necə məhkəməyə verə bilər? Biz onların tələblərinə riayət edirik. Restoranımızda nazirliyin tələb etdiyi qurğu var, qurulub. ETSN məhkəməyə verməyə hazırlaşırsa, öncə gəlib, yoxlasınlar. Təxmini bir ay əvvəl restoran binasının tüstü bacalarında yerləşdirilib. Tamamilə saz, işlək vəziyyətdədir. Dediyim kimi, məhkəməyə gedəcək durum yoxdur”.
“Gilavar” restoranı da nazirliyin xəbərdarlıq etdiyi kimi, tələb olunan qurğuları quraşdırıb:
“Bizdə heç bir qanunsuz fakt yoxdur. ETSN bizdən təmizləyici qurğuların quraşdırılmasını tələb etdi. Artıq bu məsələ həll olunub, qurğular yerləşdirilib”.
“Ankara” restoranından da bildirilib ki, nazirliklə müqavilə imzalanıb:
“Artıq restoranımızda təmizləyici qurğular da yerləşdirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin restoranımızı nəyə görə məhkəməyə verəcəyi bizə məlum deyil”.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
© Modern
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















