"Çinar”ın istehsalçısı zərərdədir
“Gəncə – Qənnadı” ATSC 2017-ci ili 83 min 637 min manat zərər ilə başa vurub. Şirkət 2016-cı ili 87 min 441 manat zərər ilə bağlamışdı.
“Marja” ATSC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Gəncə – Qənnadı”nın əməliyyat gəliri 2016-cı ildəki 14 min 268 manatdan 17 min 734 manata yüksəlib. Eyni zamanda, 1763 manat sair əməliyyat gəliri əldə olunub. Cəmi 19 min 498 manat gəlirlərə qarşı, ötən il şirkətin xərcləri isə 103 min 136 manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən 83 min 637 min manat zərər yaranıb.
31 Dekabr 2017-ci il tarixində “Gəncə – Qənnadı” 7 milyon 127 min manat cəmi aktivlərə, 5 milyon 288 min manat cəmi kapitala və 1 milyon 839 min manat cəmi öhdəliklərə malik olub.
İqtisadiyyat Nazirliyinin Sənaye Portalında verilən məlumata görə, “Gəncə Qənnadı” Açıq Səhmdar Cəmiyyəti pomadalı konfetlər, vafli əsaslı şokoladlı konfetlər, vaflilər, peçenye, pryanik, karamel, marmelad, “Çinar” konfetləri və s. istehsal edir. “Gəncə Qənnadı” ASC-də istehsal edilən qənnadı məhsulları Türkiyə və Almaniyanın “Nagema” şirkətlərinin istehsalı olan avadanlıqlar vasitəsilə emal olunur. Müəssisəsnin məhsulları Gürcüstan və Rusiyaya ixrac olunur. Müəssisədə çalışan işçilərin sayı 180 nəfərdir.
180 nəfər işçisi olan və məhsullarını xaricə ixrac edən bir müəssisənin 20 min manatdan az əməliyyat gəliri əldə etməsi inandırıcı deyil.
Bir vaxtlar "Çinar” şokoladlarının şöhrəti bütün SSRİ-ni bürümüşdü. Bu məşhur Azərbaycan brendi "Gəncə-Qənnadı” fabrikinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























