Azər Türk Bankdan kredit götürən müştərilərə faiz hədiyyəsi
(®) Daim müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan dövlət bankı Azər Türk Bank Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə yeni kampaniyaya start verir.
Kampaniyanın əsas məqsədi, kredit əldə edən müştərilərə təklif edilən güzəştlərdən yararlanmaqla, ödəmələrini daha rahat və asan həyata keçirmələri üçün onlara imkan yaratmaqdır.
10-28 dekabr tarixləri ərzində davam edəcək bu kampaniya çərçivəsində Azər Türk Banka müraciət edən vətəndaşların əldə etdikləri kredit üzrə ilk ayın faizləri bank tərəfindən müştəriyə hədiyyə ediləcək və bu ay üçün heç bir ödəniş tələb olunmayacaqdır. Kreditlər üzrə ödəmələr müqavilənin bağlanıldığı tarixin ikinci ayından etibarən faizlər hesablanmaqla bərabər hissələrlə ödənilir.
Bundan əlavə, kampaniya müddətində faizlərə endirim tətbiq ediləcəkdir. 20 ay müddətinə rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 19% səviyyəsinə endiriləcəkdir.
Qeyd edək ki, 3 - 36 ay müddətə təklif olunan kreditlərin məbləği, 10 min manatadək zaminsiz olmaqla, 300 manatdan 20 000 manatadəkdir.
Bu barədə ətraflı məlumatı www.azerturkbank.az ünvanından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)






.jpg)




