“DOST” mərkəzlərində 124 xidmət göstəriləcək
Dövlətimizin başçısı DOST Agentliyinin Nizamnaməsini, strukturunu, “DOST” mərkəzlərində göstəriləcək xidmətlərin siyahısını və mərkəzlərdə xidmət göstərilməsi Qaydasını təsdiq edib
Dövlət sosial xidmətlərində tam şəffaflığın, operativliyin, nəzakətliliyin təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial siyasətinin əsas hədəflərindən biridir. Dövlət başçısının “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 10 dekabr 2018-ci il tarixli Fərmanı bu məqsədlə ölkəmizdə bir yenilik olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) və “DOST” mərkəzlərinin qurulması və fəaliyyəti üçün əsas hüquqi platformanı təmin edir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan “DOST” layihəsinin reallaşdırılması əmək münasibətləri, məşğulluq, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin “bir pəncərə”dən, tam şəffaf, vətəndaşlarla açıq iş şəraitində, nəzakətli şəkildə, sadə və əlçatan prosedurlarla təqdim edilməsinə şərait yaradacaq.
Fərmanla DOST Agentliyinin Nizamnaməsi, Agentliyinin strukturu, “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı və həmin mərkəzlərdə xidmət göstərilməsi Qaydası təsdiq edilib. Agentliyin Nizamnaməsinə görə, Agentlik “DOST” mərkəzlərinin idarə edilməsini, onların fəaliyyətinə nəzarət və qiymətləndirməni həyata keçirən, məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin həmin mərkəzlərdə göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə hüquqi və fiziki şəxslərə təqdim olunan xidmətlərin inkişafı, təkmilləşdirilməsi və həmin xidmətlərin göstərilməsində şəffaflığın artırılması ilə bağlı tədbirlər görəcək. Qurumun vəzifələri sırasına “DOST” mərkəzlərinin fəaliyyətinə xüsusən gənc mütəxəssislərdən və tələbələrdən ibarət olmaqla könüllülərin cəlb edilməsi, onların həvəsləndirilməsi üçün tədbirlərin görülməsi, bu məqsədlə təhsil müəssisələri ilə əməkdaşlıq edilməsi də daxildir. Nizamnamədə Agentliyin idarəetmə orqanları kimi Müşahidə Şurası və İdarə Heyəti müəyyən olunub.
Dövlət başçısının 10 dekabr 2018-ci il tarixli Fərmanında Agentliyin nizamnamə fondunun 10 milyon manat olmaqla, dövlət büdcəsinin vəsaiti hesabına formalaşdığı, Agentliyinin aparatının işçilərinin say həddinin 312 ştat vahidi olduğu müəyyən edilib. “DOST” mərkəzləri işçilərinin say həddinin, onların göstərdiyi xidmətlərin həcmi nəzərə alınmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edildiyi bildirilir.
Fərmanla təsdiq edilən DOST Agentliyinin strukturuna Agentliyin Aparatı və “DOST” mərkəzləri daxildir. “DOST” mərkəzlərində göstəriləcək xidmətlərin Fərmanla təsdiq edilən siyahısında isə Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi, əmək münasibətləri, əlillik və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi, məşğulluq, əmək pensiyası və sosial müavinət, ünvanlı dövlət sosial yardımının, sığortaolunanların fərdi uçota alınması və uçotdan çıxarılması, sosial xidmət sahəsində göstərilən xidmətlər, funksional yardımçı xidmətlər üzrə 124 xidmət yer alıb (Xidmətlərin siyahısı).
“DOST” mərkəzlərində xidmət göstərilməsi Qaydasına görə, Mərkəzdə xidmətlər birbaşa (yerində) xidmət, özünəxidmət, “çağrı mərkəzi” vasitəsilə xidmət və səyyar xidmət formasında təşkil edilir. Birbaşa (yerində) xidmət – vətəndaşın müraciətinə əsasən, ona bilavasitə mərkəzdə xidmət göstərilməsini, özünəxidmət – mərkəzdə daim internetə açıq olan kompüterlər və ya mərkəzdə quraşdırılmış xüsusi köşklər vasitəsilə vətəndaşların bütün növ elektron xidmətlərdən yararlana bilmək imkanını, “çağrı mərkəzi” vasitəsilə xidmət isə - vətəndaşın mərkəzə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat almaq, növbə tutmaq, Nazirliyin və mərkəzin fəaliyyəti ilə bağlı təkliflər bildirmək imkanını nəzərdə tutur.
Mərkəzdə xidmətlər Nazirliyin müəyyən etdiyi inzibati ərazi vahidi (vahidləri) üzrə, həftənin bütün günləri (bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) və bir-biri ilə qarşılıqlı əlaqədə informasiya texnologiyalarından geniş istifadə etməklə göstərilir. Göstərilən xidmətlə bağlı müraciətə baxılma və həmin müraciətin nəticəsinin rəsmiləşdirilməsi müraciət edildiyi vaxt mümkün olduğu hallarda, qərar yerində qəbul edilərək vətəndaşa təqdim olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 10 saat əvvəl
-
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti























