Azərbaycanda AES tikilə bilər
Rusiyanın “Rosatom” dövlət korporasiyası Azərbaycan prezidenti İlham Əliyevə ölkədə Atom Elektrik Stansiyasının tikintisi də daxil olmaqla nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq təklif edib.
Bu haqda “Sputnik”ə “Rosatom”dakı mənbə açıqlayıb. “Azərbaycanda nüvə sənayesi var, amma atom elektrik stansiyası yoxdur. “Rosatom” təklif verib. Azərbaycan tərəfi düşünür. İki seçim təklif etmişik. Birincisi dərhal AES inşaatına başlamağı nəzərdə tutur. SSRİ dövründə AES tikintisi üçün ərazi də seçilmişdi, bu səbəbdən həmin ərazidə birbaşa inşaat işlərinə başlanıla bilər”-mənbə deyib.
İkinci variant isə Rusiya ilə Azərbaycan arasında nüvə enerjisi sahəsində əməkdaşlığın mərhələli şəkildə inkişaf etdirilməsini nəzərdə tutur. Mənbənin bildirdiyinə görə bu variantda AES-in tikintisi 5-6 il sonra başlaya bilər.
Mümkün AES layihəsinin maliyyələşdirilməsi məsələsi barədə danışan mənbə qeyd edib ki, Bakının Rusiyadan kredit istəyəcəyini düşünmür. “Azərbaycan tərəfinin layihəni öz maliyyə qaynaqları ilə həyata keçirəcəyini təxmin edirəm”-mənbə deyib.
Qeyd edək ki, Azərbaycanda son illər nüvə enerjisindən dinc məqsədlə istifadə sahəsində müəyyən addımlar atılıb. 2014-cü ildə prezident İlham Əliyev Rabitə, Yüksək Texnologiyalar və Nəqliyyat Nazirliyinin tərkibində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC yaradıb.
AES tikintisi milyardlarla dollar investisiya tələb edən işdir və sovet dövründə Azərbaycanda bu layihəni həyata keçirmək üçün müəyyən hazırlıqlar görülüb.
"Rosatom" İranda Buşəhr AES-in tikintisini həyata keçirib, Türkiyədə isə Akkuyu AES-in tikintisi üçün müqavilə bağlayıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Virtualaz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 9 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























