QDTİB Azərbaycan üzrə 2019-2022-ci illər üçün ölkə strategiyası hazırlayacaq
Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün ölkəmizə səfərə gələn Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) yeni prezidenti Dmitri Pankinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan ilə QDTİB arasında tərəfdaşlığın mövcud vəziyyəti və daha da genişləndirilməsi, bankın 2019-2022-ci illər üzrə Orta müddətli Strategiya və Biznes Planının layihəsi, həmçinin bunun əsasında hazırlanacaq Azərbaycan üzrə 2019-2022-ci illər üçün ölkə strategiyası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, QDTİB 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradıcısı və üzvü olan ölkələr - Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan, Ukrayna və Ermənistan tərəfindən yaradılıb. Hazırda Bankın nizamnamə kapitalı 3,45 mlrd., səhm kapitalı isə 2,3 mlrd. avro təşkil edir. Səhm kapitalında Azərbaycan 5 % paya malikdir. Bank fəaliyyətə başlayandan bugünədək Azərbaycanda özəl sektora 34 layihə üzrə cəmi 339 milyon avro məbləğində kredit ayırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 55 d. əvvəl
-
-
1 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 3 saat əvvəl
-
4 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
4 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)









.jpg)

