Həştərxan logistik mərkəzi ilin sonunadək ilk xarici yükləri qəbul edəcək
Azərbaycan, İran və Türkiyədən Rusiya Federasiyasına meyvə və tərəvəz tədarükünü nəzərdə tutan logistik mərkəz bu ilin sonunadək ilk yükləri qəbul edəcək. 2019-cu ildə mərkəz vasitəsilə 1 milyon tona qədər məhsul tədarükü planlaşdırılır.
Bu barədə Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edən Denis Afanasyev deyib.
D.Afanasyev qeyd edib ki, "Azərbaycanın "KDY Logistics" şirkəti layihənin hazırlanma mərhələsini demək olar ki, başa çatdırıb. Azərbaycan, Türkiyə və İranla razılaşdırmalar aparılıb. Bu ilin sonunadək dəmir yolu nəqliyyatı ilə məhsulun birinci partiyasının gəlməsini gözləyirik. Gələn il ərzində mərkəz vasitəsilə Azərbaycan, Türkiyə və İrandan 1 milyon tona yaxın yük tədarük olunacaq", - deyə D.Afanasyev qeyd edib.
"Hazırda bu ölkələrdən meyvə və tərəvəz, əsasən dəniz yolu ilə çatdırılır ki, bu da rütubətin çox olması səbəbindən məhsulun xarab olmasına gətirib çıxarır. Məhsulun xüsusi dəmir yolu nəqliyyatı ilə daşınması bu problemin həllinə kömək olacaq. Layihənin reallaşdırılması regionda 3 minə yaxın iş yerinin yaradılmasına imkan verəcək", - deyə D.Afanasyev diqqətə çatdırıb.
Qeyd edək ki, Həştərxanda dəmir yolu mərkəzinin yaradılması ilə Azərbaycanın "KDY Logistics" şirkəti Rusiya Dəmir Yolları ilə birgə məşğul olur.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 22 saat sonra
- 3 saat əvvəl
-
- 19 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
22 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 22 saat əvvəl
-
22 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 23 saat əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)





