Azərbaycanda tibbi xidmət dəyişdirilir - Yeni qurumun faydaları
Parlamentin Səhiyyə komitəsinin üzvü, deputat Musa Quliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərkibində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs yaradılması ilə bağlı ölkə prezidentinin imzaladığı fərmanı şərh edib.
Bu barəd danışan deputat bildirib ki, sözügedən fərmanla Azərbaycanda icbari tibbi sığorta sisteminə keçidlə əlaqədar olaraq tibb müəssisələrinin böyük bir hissəsinin idarə olunması agentliyin idarəçiliyinə verildi: “Bu məqsədlə də cənab prezident agentliyin nəzdində TƏBİB publik hüquqi şəxsin yaradılması barədə fərman verdi. Bu, təbii ki səhiyyə sistemində keçirilən islahatlarla bağlıdır. Məqsəd əhaliyə göstəriləcək tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, tibbi xidmətlərin əlçatanlılığının asanlaşdırılması, maliyyələşdirilmənin optimallaşdırılması bütövlükdə vətəndaşa göstərilən tibbi xidmətin yeni bir modeldə yəni, sığorta sistemində tətbiqinə şərait yaratmaqdır”.
Deputat xatırladıb ki, icbari tibbi sığorta ilə bağlı 2008- ci ildən bu yana işlər həyata keçirilir: “Cənab prezidentin dəfələrlə bu barədə sərəncamı olub. Qanunvericilikdə bununla bağlı dəyişikliklər edilib. Agentlik 2015-ci ildə yaradılıb.
Pilot şəklində Gəncə, Yevlax, Ağdaş və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda icbari tibbi sığorta uğurla tətbiq olunub. Gələn il onun bütün ölkə ərazisində tətbiqi ilə bağlı hazırlıq işləri görüləcək. Bu tibb müəssisələrinin publik hüquqi şəxsin idarəçiliyinə verilməsi, aparılacaq hazırlıq işləri ilə bağlıdır. Bunun üçün vahid informasiya bazası olmalıdır. Kadrlarla bağlı hazırlıq işləri getməlidir. Səhiyyə müəssisələrinin icbari tibbi sığortanın tələblərinə uyğun şəkildə qurulmasının təsdiq olunması, müəyyən maliyyələşmə sisteminə hazırlanması üçün sözügedən fərman verilib. Fərmanın icrası da yəni səhiyyə müəssisələrinin TƏBİB-ə keçməsi 2020- ci ilin yanvarın 1-dən, qalan məsələlər isə fərman imzalandığı gündən qüvvəyə minir”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
20 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























