Bank of Baku görmə məhdudiyyəti olan uşaqlar üçün cihazı təqdim etdi !
Görmə məhdudiyyəti olan uşaqların Brayl əlifbasını öyrənmələrinə kömək edəcək “Braille teach” adlı interaktiv qurğunun hazırlanmasında maliyyə dəstəyi göstərən Bank of Baku cihazın rəsmi təqdimetmə mərasimini keçirib.
24 fevral 2017-ci il tarixində, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbi”ndə keçirilən tədbirdə cihazın hazırlanmış ilk nüsxələri məktəb rəhbərliyinə təqdim olunub.
Təqdimetmə mərasimində açılış nitqi ilə iştirak edən internat məktəbinin direktoru İradə Vəzirova cihazın ilkin olaraq bir ay müddətində sınaqdan keçirildiyini və pedaqoji heyət tərəfindən əsasən məktəbəqədər və ibtidai siniflərdə təhsil alan gözdən əlil uşaqların şifahi nitqi və əqli inkişafı üçün əlverişli olduğunu bildirib.
Bank of Baku-nun Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində istehsal olunan bu cihaz, Bankın Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Nigar Tahirovanın sözlərinə görə uşaqların Brayl əlifbasını daha asan və rahat şəkildə öyrənmələrinə, həmçinin dərslərin interaktiv təhsil metodu ilə keçirilməsinə müsbət fayda verəcək.
Azərbaycanda ilk dəfə tətbiqinə başlanılacaq bu cihaz “Bionix Tech” şirkətinin təsisçisi və icraçı direktoru Rəşid Əliyev tərəfindən ixtira olunub. Tədbirdə çıxış sözü ilə iştirak edən Rəşid Əliyev cihaz və onun istifadəsi haqqında ətraflı məlumat verib, Brayl əlifbasının öyrənilməsində uşaqlar üçün təqdim etdiyi üstünlüklərdən danışıb.
Qeyd edək ki, cihaz 4 dildə - Azərbaycan, rus, ingilis və alman dillərində istehsal olunaraq həm hərflərin, həm də rəqəmlərin öyrənilməsi üçün müxtəlif oyunlardan ibarətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
39 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 48 d. əvvəl
- 51 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı




















