Aqrar Kredit və İnkişaf Agentliyinin sədri bank rəhbərlərini əməkdaşlığa çağırıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ölkədəki bankların rəhbərləri ilə görüş keçirib. Görüşdə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bank təmsilçilərini Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə” Qaydaları ilə tanış edib.
Mirzə Əliyev bildirib ki, yeni qaydalar həm fermerlər, həm təchizatçılar, həm də banklar üçün bir sıra üstünlüklərə malikdir. “Kreditlərin məbləğindəki yeni bölgülər fermerlərin tələblərinə və imkanlarına uyğunlaşdırılıb. Xüsusilə, mikrokreditlərin və kiçik həcmli kreditlərin məbləği kiçik fermerlər üçün kreditlərin əlçatan olmasını təmin edir. Məsələn, əvvəlki qaydalarda mikro kreditlərin həddi 1000 manatadək idi və bu, ən kiçik işə başlamaq istəyən fermerə kifayət etmirdi. Hazırda bu məbləğ 5000 manatadək artırılıb. Eyni fikri məbləği 20000 manatdan 30000 manata artırılmış kiçik həcmli kreditlər barədə də demək olar” – deyə Agentlik sədri bildirib.
Yeni qaydaların iri istehsalçılar üçün də əlverişli şərtlər təklif etdiyini diqqətə çatdıran Mirzə Əliyev AKİA-nın vəsaiti hesabına kənd təsərrüfatı texnikası alınması məqsədi ilə 1 mln. manatadək kredit verilməsi imkanının yarandığını əlavə edib.
Agentlik sədri kənd təsərrüfatı texnikalarının lizinqə götürülmə qaydalarında da üstünlüklər yarandığını bildirib. “İndi fermerlər istədikləri istehsalçı və satıcıdan texnika ala biləcəklər” – deyə Mirzə Əliyev deyib.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri bank rəhbərlərini əməkdaşlığa çağırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
4 saat əvvəl
Beynəlxalq kredit reytinq agentliyi Türkiyənin kredit reytinqini yüksəltdi
-
4 saat əvvəl
İşçi “boş-bikar” sözünü qəbul etməyib şirkət rəhbərini məhkəməyə verdi - Azərbaycanda
-
5 saat əvvəl
Umico-nun gəlirləri 3 dəfədən çox artıb, lakin zərərdən çıxa bilməyib
- 5 saat əvvəl
-
16 saat əvvəl
143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
Türkiyədə bazar lideri olan şirkət Azərbaycanda ilk mağazasını açdı - FOTOLAR
-
19 saat əvvəl
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
- 19 saat əvvəl
-
19 saat əvvəl
MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə müəyyənləşir
-
19 saat əvvəl
Qeyri-sabit hava şəraiti mayın 9-dək davam edəcək - XƏBƏRDARLIQ