Azercell 20-ci Eksklüziv mağazasını istifadəyə verdi
Şirkət bayram ərəfəsində Tərtər şəhərindəki abunəçiləri üçün 2 kampaniyaya start verdi.
Abunəçilərinin rahatlığı üçün 2018-ci ilin sonuna qədər Eksklüziv mağazalarının sayını artırmağı hədəfləyən “Azercell Telekom” MMC qarşısında qoyduğu məqsədə çatıb. Şirkət sayca 20-ci Eksklüziv mağazasını Tərtər şəhərində abunəçilərinin ixtiyarına verib. Bölgələrdə abunəçilərə təqdim edilən sayca 13-cü olan mağaza Tərtər şəhəri, Heydər Əliyev pr. 47 ünvanında yerləşir. Eksklüziv mağazanın açılışında Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov da iştirak edib. Dekabrın 25-dən etibarən bazar ertəsi – şənbə 09:00 – 18:00 (fasiləsiz), bazar günü 09:00 – 15:00 (fasiləsiz) fəaliyyət göstərəcək mağazada abunəçilərin Azercell-in xidmətlərindən yararlanması üçün hər cür şərait yaradılıb. Mağazaya gələn hər bir müştəri mobil xidmətlər üzrə ödəmələri həyata keçirə və istədikləri mobil cihazları nəğd və ya kredit şəklində əldə edə bilərlər. Düzgün cihaz seçimi etməkdə, xidmətləri aktivləşdirməkdə və digər məsələlərdə müştərilərə peşəkar satıcılar köməklik göstərəcəklər. Digər eksklüziv mağazalarda olduğu kimi, Azercell Tərtər şəhərindəki müştəriləri üçün də açılış gününə özəl xüsusi kampaniya keçirir. Belə ki, dekabr ayının 25-dən etibarən 7 gün ərzində,Tərtər Eksklüziv mağazasından smartfon alan hər kəs 150 AZN hədiyyə balansı əldə edəcək. Bundan əlavə, 200 müştəriyə xüsusi hədiyyə kuponu təqdim olunacaq ki, bu kuponlar vasitəsilə hər kəs nömrə və aksesuar alışı zamanı 50%-dək endirimdən yararlanmaq imkanı qazanacaq.
Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Tbilisi pr., 44C, Bülbül pr., 5, Qara Qarayev pr., 3042, m. 52, Bəxtiyar Vahabzadə küç., 556/57, Cavadxan küç., 3005), Xırdalan (Heydər Əliyev pr., Mehdi Hüseyin küç., 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Salyan (Heydər Əliyev küç., 105), Quba (Heydər Əliyev pr., 194 və Qələbə küç., 12), Sumqayıt (11-ci Mkr., Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi), Şamaxı (Ağamirzəli Əhmədov küç., 1), Bərdə (İsmət Qayıbov küç., 8), Gəncə (Heydər Əliyev pr., 149), Beyləqan (Sərdar İmrəliyev küç. 265), Ağcabədi (Ü. Hacıbəyli pr., 68) və Qazaxda (Firuddin Şamoyev küç., 1A) və Sabirabadda (Heydər Əliyev pr., 60) abunəçilərin ixtiyarına verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 11 saat əvvəl
-
11 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
19 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)





.jpg)








