Təmizləyici qurğu quraşdırmayan 3 restoranın fəaliyyəti dayandırılıb
Atmosferə atılan tullantılar idarə olunmalıdır. Biz sahibkarlara müraciət edərək bildiririk ki, bu istiqamətdə aparılan işlər kampaniya xarakterli deyil.
Bunu “Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər" mövzusunda QHT və media nümayəndələri ilə keçirilən dialoqda çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirlyinin Aparat rəhbəri Vüqar Kərimov deyib.
Onun sözlərinə görə, may ayından bütün ictimai iaşə obyektlərinin sahiblərinə atmosfer havasının çirkləndirməsinin qarşısının alınması üçün obyektlərdə təmizləyici qurğuların quraşdırılması üçün xəbərdarlıq bildirişi göndərilib: "Çox təəssüf edirəm ki, ilk xəbərdarlığa əhəmiyyət verilmədi. Nəticə olaraq, sentyabr ayında yalnız bir şadlıq evində təmizləyici qurğu quraşdırıldı. Lakin bu yaxınlarda 474 iaşə obyektində monitorinq aparılarkən məlum oldu ki, onların 307-də təmizləyici artıq qurğu quraşdırılıb. Onların 277-sinin fəaliyyəti Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş normalar daxilindədir".
V.Kərimov əlavə edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəmələrə təmizləyici qurğu quraşdırmayan 43 iaşə obyektinin fəaliyyətinin dayandırılması iddiası ilə müraciət edib. Artıq 3 iaşə obyektinin fəaliyyəti dayandırılıb.
V.Kərimov əlavə edib ki, daş karxanalarından da atılan tullantılar norma daxilində olmalıdır.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev əlavə edib ki, şadlıq saraylarının sahibləri milyon manatlar xərcləyib obyekt tiksələr də, təmizləyici qurğu quraşdırmaqda maraqlı deyillər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
22 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















