Bank Respublika gənclər üçün “Qış Təcrübə Proqramı” elan edir”!
(®) Ötən il “Ən fəal təhsil dəstəkçisi” mükafatına layiq görülən Bank Respublika, yeni ilin başlanması ilə daha bir təhsil layihəsinə start verir. BankIV kursda və ya magistr pilləsində təhsil alan, eləcə də universiteti yeni bitirmiş məzunlar üçün “Qış Təcrübə Proqramı” elan edir.
Yanvar – mart aylarında Bankın Baş ofisində və filiallarında həyata keçiriləcək layihə çərçivəsində iştirakçılar bank qanunvericiliyi, kreditləşmə, risklərin idarə edilməsi, marketinq, İT, rəqəmsal bankçılıq və digər istiqamətlər üzrə təlimlərdə iştirak edəcək, müvafiq departamentlərdə çalışaraq təcrübə almaq imkanı əldə edəcəklər.
Proqramda iştirak etmək üçün tələb olunan meyarlara uyğun namizədlər 18 yanvar 2019 tarixinə kimi öz CV-lərini [email protected] ünvanına məktubun mövzu (subject) hissəsində “Təcrübə proqramı” yazmaqla göndərə bilərlər.
CV göndərən namizədlər test üsulu ilə imtahandan keçdikdən sonra proqramda iştirak etmək imkanı qazanacaq. Layihənin sonunda təcrübə proqramını uğurla başa vuran iştirakçılar işlə təmin olunmaq imkanı da əldə edəcəklər.
Bankın İnsan Resursları Departamentinin rəhbəri İlkin Zeynallı qeyd edib ki, “Gənclər təcrübə proqramında iştirak etməklə dərin biliklərə yiyələnmək, güclü komandada çalışmaq və uğurlu karyera üçün lazım olan peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar. Biz inanırıq ki, gənclərin təcrübə müddətində əldə etdikləri bilik və bacarıqlar gələcək həyatlarında və karyeralarında müstəsna rol oynayacaq”.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır





















