Kişdə yerləşən alban məbədinə böyük maraq - 72 ölkədən turist gəlib
2018-ci ildə Şəkinin Kiş kəndində yerləşən qədim alban məbədini 27 min 208 turist ziyarət edib. Turistlərin sayı əvvəlki illə müqayisədə 11 min nəfərdən çox artıb. Məbədə gələnlərin 924 nəfəri rəsmi qonaqlar olub. İl ərzində Kiş məbədinə dünyanın 72 ölkəsindən turist gəlib.
Bu barədə Kiş Tarix-Memarlıq Qoruğunun direktoru İlhamə Hüseynova məlumat verib.
Direktorun bildirdiyinə görə, ötən il məbədi ziyarət edənlərin 14 min 234-ü xarici turistlər olub. 2017-ci ildə isə Kiş Tarix -Memarlıq Qoruğunu 7 min 196 xarici turist ziyarət etmişdi.
İlhamə Hüseynova vurğulayıb ki, 2018-ci ildə Kiş alban məbədini ziyarət edən xarici turistlər arasında İsraildən gələnlər üstünlük təşkil edib – 3020 nəfər. Bundan əlavə, ötən il Kiş məbədini Rusiyadan 1900, Cənubi Koreyadan 1255, Almaniyadan 848, Səudiyyə Ərəbistanından 782, İtaliyadan 640, Çin Xalq Respublikasından 582 nəfər ziyarət edib. İl ərzində Fransa, ABŞ və İspaniyadan da Kiş məbədinə xeyli sayda turist gəlib.
Qoruğun direktoru bildirib ki, Prezident İlham Əliyevin 2017-ci il 27 sentyabr tarixli Sərəncamının icrası olaraq, Kiş məbədinə aparan dairəvi avtomobil yolunun tikintisi və ərazinin abadlaşdırılması istiqamətində işlər hələlik tamamlanmayıb. Layihə çərçivəsində indiyədək məbədə gedən yolun bəzi hissələrində genişlənmə işləri aparılıb, yolun kənarında olan uçuq hasarlar yeni daş hörgü ilə təzələnib. Görülən işlər məbədə gələn turistlərin sayının artmasına da öz təsirini göstərib.
Xatırladaq ki, eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulan Kiş məbədi bütün Qafqazda təqribən iki min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. 2001-ci ilin mayında abidədə Azərbaycan-Norveç birgə “Kiş” layihəsi üzrə bərpa işlərinə başlanılıb və 2003-cü ilin sentyabrında məbədin açılışı olub. Layihə məşhur norveçli səyyah, etnoqraf və alim Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib. Alimin xatirəsini əbədiləşdirmək üçün məbədin qarşısında onun büstü də qoyulub.
Kiş məbədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə dünya əhəmiyyətli abidələr siyahısına daxil edilib və tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
1 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
3 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı












.jpg)






.jpg)


