"Nazirlik unun qiymətinə cavabdehlik daşımır"
Son günlər respublika ərazisində satılan müxtəlif markalardan olan unun qiymətində bahalaşma müşahidə olunur. Yanvarın əvvəlində 3-4 qəpiklə başlayan bahalaşma artıq bir neçə manata yüksəlib.
İstehsalçı şirkətlər bildirir ki, 50 kiloqramlıq “Mehriban” unu 27 manatdan 28.50 manata, “Sarı Sünbül” unu 25 manat 50 qəpikdən 27 manat 50 qəpiyə, “Karmen” unu isə 25 manatdan 27 manatadək bahalaşıb.
Ceyranbatan sakini Mayıl Ağaxanov isə deyir ki, əslində qiymətlərdəki artım istehsalçı şirkətlərin dediyi rəqəmlərdən çoxdur: “Əvvəllər 21 manata aldığımız 45 kq-lıq "Karmen" ununun kisəsini dünən 25 manat 20 qəpiyə aldım. Qiymət artımı düz 4 manat 20 qəpik təşkil edirdi”.
Bəzi şirkətlər qiymət artımını dünya bazarındakı bahalaşma ilə əlaqələndirsə də, bununla razılaşmayanlar da var.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov məsələ ilə bağlı bildirib ki, ölkədə taxıl məhsullarının becərilməsi dövlət tərəfindən subsidiyalaşdırılır:
“2018-ci ildə ölkədə 57 rayon üzrə 391,800 istehsalçıya 1211,1 min hektar əkin sahəsi və çoxillik əkmələrin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə cəmi 83886,8 min manat məbləğində yardım verilib. Ötən il ölkədə qarğıdalı ilə birlikdə ümumilikdə 3,29 milyon ton taxıl istehsal olunub ki, bu da 2017-ci illə müqayisədə 12.6 faiz çoxdur. Taxıl istehsalının əvvəlki illərlə müqayisədə artması göstərir ki, qıtlıqla bağlı iddiaların əsası yoxdur”.
V.Hüseynov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi un emalı prosesində iştirak etmədiyindən, qiymət məsələsinə cavabdehlik daşımır.
İqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda unun bahalaşması qonşu ölkələrdə bu məhsulun qiymətinin qalxması ilə bağlıdır:
“Rusiya, Qazaxıstan, Ukraynada taxılın qiymətində 5-10 faizədək artım müşahidə olunur ki, bu da unun bahalaşmasına təsir edib.
Bizim xaricdən aldığımız taxıl, yaxud unu yerli taxıla qatmaq hesabına çörək hazırlanır. Təssüflər olsun ki, Azərbaycanda istehsal olunan taxılın keyfiyyəti o qədər də yüksək deyil. Ona görə də xarici ölkələrdən alınmış taxılla qarışdırılmalıdır ki, hazırlanan çörək keyfiyyətli olsun. Hazırda un qiyətlərindəki artım məhz bununla bağlıdır”.
Ekspert hesab edir ki, unun qiymətindəki artım çox olmadığından çörək bahalaşmayacaq:
“Həm də uzun illərdir bizdə belə praktika mövcuddur ki, çörəyin qiyməti qaldırılmır, çəkisi aşağı salınır. İndiki məqamda da çörəyin bahalaşmasının ciddi etiraz doğuracağı nəzərə alınaraq, çəkinin azaldılmasına çalışacaqlar”.
N.Cəfərli qeyd edib ki, yeni il ərəfəsində şirniyyatların da qiymətində müəyyən dərəcədə bahalaşma hiss olunub:
“Bunu həm unun bahalaşması, həm də bayramla əlaqələndirmək olar. Amma ümumilikdə taxıl və unun qiyməti ciddi şəkildə qalxmadığından, Azərbaycanda da qeyd edilən məmulatların kəskin bahalaşması gözlənilmir”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Modern
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 18 d. əvvəl
-
- 24 d. əvvəl
-
31 d. əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
1 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
-
2 saat əvvəl
Əməkdaşlığın inkişafı üçün Azərbaycan-Niderland Ticarət Palatası təsis edilib
- 3 saat əvvəl
-
4 saat əvvəl
Xırdalanda 2700-dən çox mənzilli kompleksdə mühüm yenilik - RƏSMİ SƏNƏD İMZALANIB
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
Ən çox oxunanlar
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
Köhnə Bakı həyətlərindən gələcəyin yaşayış modelinə
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
























