Dövlət qrumu bu şirkətlərdən 40 avtomobil alıb
Dövlət Reklam Agentliyi (DRA) və onun regional idarələri 40 ədəd avtonəqliyyat vasitəsi alıb. Bu barədə DRA-dan məlumat verilib.
Həyata keçirilən tenderin nəticəLərinə əsasən, DRA “Toyota Absheron Center” MMC ilə 10 ədəd avtomobilin (1 ədəd pikap tipli və 9 sedan tipli minik avtomobili) satın alınmasına dair müqavilə imzalayıb.
Həmçinin, “Autouniversal” MMC (Fiat avtosalonu) ilə 10 ədəd miniven tipli avtomobilin satın alınmasına dair müqavilə imzalanıb.
DRA-nın Gəncə İdarəsi 7 ədəd avtomobilin satın alınmasına dair müqavilələr imzalayıb: “Toyota Absheron Center” MMC ilə (2 ədəd sedan tipli avtomobil) və “Autouniverssal” MMC ilə (5 ədəd miniven tipli avtomobil).
Bundan əlavə, DRA-nın Sumqayıt İdarəsi 13 ədəd avtomobilin satın alınmasına dair müqavilələr imzalayıb: "Toyota Absheron Center” MMC ilə (3 ədəd sedan tipli avtomobil) və “Autouniversal” MMC ilə (10 ədəd miniven tipli avtomobil).
2017-ci ilin iyun ayında Azərbaycan prezidenti ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxs yaradılmasına dair fərman imzalayıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb























.jpg)



