AYİB-in Qafqaz üzrə Regional direktoru təyin edildi
Xanım Katarina Bjorlin Hansen AYİB-nın Qafqaz regionu üzrə yeni Regional Direktoru vəzifəsinə təyin edilib və 1 aprel 2019-cu il tarixində yeni vəzifəsini Tbilisidə icra etməyə başlayacaq. Bu barədə "Marja"ya AYİB-dən bildirilib.
O, bu vəzifədə AYİB-in Mərkəzi Asiya üzrə Baş direktoru vəzifəsinə təyin olunmuş Bruno Balvaneranı əvəz edəcək.
Yeni təyinatında xanım Hansen Bankın Ermənistan, Azərbaycan və Gürcüstandakı əməliyyatlarına rəhbərlik edəcək və investisiya qoyuluşu, siyasətlərin icrası, kiçik sahibkarlıq subyektlərinə konsultasiyalar və islahatlara dəstək yolu ilə bu ölkələrin iqtisadi inkişafını daha da sürətləndirməyə kömək edəcək.
Xanım Hansen qeyd etdi: “Mən Qafqaz regionuna baş direktor vəzifəsinə qayıtmağıma və bu önəmli vəzifəni icra etmək imkanına malik olacağıma görə çox məmnunam. Bu region əlavə inkişaf üçün böyük potensialı olan strateji cəhətdən vacib bir regiondur. Bunun üçün əsas tələb onun qlobal iqtisadiyyata daha çox inteqrasiyasıdır və AYİB sərmayə qoyuluşu və islahatlar yolu ilə bu inkişafı dəstəkləməyə davam edəcək. Yerli AYİB qrupları ilə birlikdə işləməklə hər kəs üçün faydalı olacaq bu iqtisadiyyatların müvəffəqiyyətinə dəyərli töhfə verə biləcəyimə ümid edirəm”
İsveçli xanım Hansen AYİB-ə 2006-cı ildə qoşulmuşdur və ilkin olaraq Tbilisidə iqamət etməklə 2016-cı ilə qədər Bankın Mərkəzi Asiya, Qafqaz regionu, Belarus və Moldovada şəhər infrastrukturu ilə bağlı fəaliyyətlərə görə cavabdehlik daşıyırdı. Bu dövr ərzində o, 100-dən çox şəhərdə bərk tullantıların idarə edilməsi, su təchizatı, axıntı sularının idarə edilməsi, ictimai nəqliyyat, yaşayış yerlərinin istilik təchizatı və ağıllı şəhər sahələrində investisiya qoymaqla şəhər infrastrukturu layihələrini hazırlayıb icra etmişdir.
2016-cı ildə xanım Hansen Misir üzrə Müdir müavini qismində Qahirə şəhərinə köçmüş və orada Bankın investisiya və siyasətlərin icrası fəaliyyətlərini əhəmiyyətli dərəcədə genişləndirməsinə nəzarət etmişdir.
AYİB-ə gəlməzdən öncə xanım Hansen Müstəqil Dövlətlər Birliyi ölkələrində, Cənubi-Şərqi Asiya və Yaxın Şərq ölkələrinin infrastrukturuna görə cavabdehlik daşımaqla 10 il ərzində Carl Bro konsaltinq şirkətində çalışmışdır. Bu müddət ərzində o, Kopenhagen, Moskva və Banqkok şəhərlərində iqamət edirdi. O, London şəhərində yerləşən Şərq və Afrika Ölkələrinin Tədqiqi təhsil müəssisəsində İnkişafın Maliyyələşdirilməsi sahəsi üzrə magistr dərəcəsi almışdır.
Bu günə kimi AYİB Qafqaz regionuna 564 layihə vasitəsilə 7.77 milyard avro həcmində investisiya qoymuşdur.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
9 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
10 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
10 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib

























